Zuckerbergdən ermənilərə zərbə
«Facebook» Ağdamın işğal günü işğalçıların səhifəsini bağladı
ASİF
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnternetə çıxış 8 faiz yüksəlib
Şəbəkəyə girən kişilərin sayı qadınlardan 1/3 dəfə çoxdur
-
Gözləmə, 500 manat qazan!
«Kapital Bank» müsabiqə elan etdi
-
«Facebook» əhlinin infarkt etdiyi şairlər
Siyasi havanın qızdığı vaxtlarda yazarın nə hünəri var sevgidən-mevgidən yazsın
-
«Trollar»ın 27 yaşlı azərbaycanlı başçısı
Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib
-
Seçkiləri «barmaqlayan» virtual «troll»lar
Rusiya «Trampı seçdirmək üçün» «Google»dan da istifadə edib
-
«Dindarların içində ağıl problemi olanlar var»
Deputat ateistlərə məntiqli cavab verməyə çağırdı
-
Rusiya «Facebook»u qadağan edə bilər
Jarovun sosial şəbəkədəki «hərarət»dən narahatdır
-
«Abunəçi haqqında heç bir məlumat üçüncü tərəfə verilmir»
«Bakcell» rəsmisi Süheylə Cəfərova: «Balansın «səbəbsiz» silinməsi» şikayətlərinə gəldikdə isə, ...»
-
«Facebook»da Rusiya barmağı
Sosial şəbəkədə Sankt Peterburqdan maliyyələşən saxta xəbər kampaniyası aşkar edib
-
Zakkerberq prezident olmaq istəyir
Ateist milyarder amerikalıların «allahsız namizəd»ə səs vermədiklərini bildiyi üçün dini düşüncələrini yenidən dizayn edir
-
«İnstagram»da yerləşdirilənləri təhlil edən proqram
Sosial media insanlarda depressiyanı müəyyən etməyə kömək edir
-
«Apple» «5G»nin sınaqlarına başlayıb
Texnologiyanın 2019-2020-ci illərdə istifadəyə veriləcəyi gözlənilir
-
«Facebook»un işçiləri qarajda yaşayır
Bundan başqa şirkətin əməkdaşlarına qarşı ayrı-seçkilik edilir
-
Ev alan jurnalistdən inanılmaz paylaşım
Prezidentlə selfi çəkdirən redaktor, ASAN radionun aparıcısı iki qoca qadına «it» dedi
-
Savçenko partiya yaratdı
«Artıq mən yalnız fraksiyadan kənar deputat yox, həmçinin liderəm»
-
«Yağışdan çıxıb yağmura düşdük»
İran sosial mediadan yaxa qurtarmağın yollarını axtarır
Ağdamın işğal günü ermənilərə böyük zərbə vurub. Publika.az xəbər verir ki, «Facebook» şəbəkəsində ermənilərə məxsus ən böyük qruplardan olan «Nakhichevan belongs to Armenia» sosial şəbəkə rəhbərliyi tərəfindən bağlanıb.
Buna səbəbsə «AzərTAc»-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyevin şikayəti olub.
Bu barədə sosial şəbəkədə məlumat yayan R. Kəngərli bildirib ki, həmin səhifə indiyə qədər azərbaycanlılar tərəfindən bir neçə dəfə şikayət olunub. Lakin «Facebook» rəhbərliyi hər dəfə şikayətlərə baxdığını bildirib.
R. Əliyevin şikayətindən sonra isə sosial şəbəkə adıçəkilən səhifəni ləğv edib.
«Nakhichevan belongs to Armenia» haqqında şikayətdən sonra qərarımızı dəyişdirdik. Şikayət etdiyiniz səhifəni incələdik və standartlarımızı tapdaladığı üçün ləğv etdik. Şikayətiniz üçün təşəkkürlər», - deyə R. Əliyevin şikayətinə «Facebook» belə cavab verib.
Qeyd edək ki, ermənilər bu səhifədə Naxçıvanın Ermənistan torpağı olduğunu iddia edir, bununla bağlı çoxsaylı videolar, açıqlamalar paylaşır, saxtalaşdırılmış tarixi faktları yayırdılar.