Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:25 | 27 sentyabr 2017 | Çərşənbə
Məqaləyə 3295 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
«The Independent» yazır ki, vətəndaşlarının internet istifadəsinə tam nəzarəti ələ almağa çalışan Rusiya hökuməti «Facebook»a girişi bloklamaqla hədələyib. Hökumət bildirib ki, əgər «Facebook» öz məlumat bazasını Rusiyadakı serverlərdə saxlamağa razılıq verməsə, bu sosial platformaya giriş bağlanacaq.
Rusiyanın Federal Kommunikasiyalar Agentliyinin başçısı Aleksandr Jarov Rusiya xəbər agentliklərinə deyib ki, hökumət «Facebook»u Rusiya qanunlarına uyğun fəaliyyət göstərməyə məcbur edəcək. Bu qanunlar Rusiyada iş görən xarici şirkətlərdən məlumat bazasını Rusiya ərazisində yerləşdirməyi tələb edir.
Tənqidçilər 2015-ci ildə qüvvəyə minmiş bu qanunu pisləyərək bildirirlər ki, o, həssas məlumatın potensial baxımdan Rusiya xüsusi xidmətlərinə açılması təhlükəsi yaradır.
Jarov deyib ki, Rusiya hökuməti bir «unikal xidmət» olaraq «Facebook»un narahatlıqlarını başa düşür, lakin onun üçün heç bir istisna edilməyəcək və əgər «Facebook» qanuna əməl etməsə, ona giriş gələn ildən bloklanacaq.
Ötən il Rusiya məhkəməsi eyni səbəbdən «Linkedln»i bloklayıb. İndi Rusiya istifadəçiləri bu platformaya yalnız proksi serverləri vasitəsilə girə bilirlər.
Lakin son vaxtlar İnternet azadlığı üzərinə basqılarını artıran Rusiya iyul ayında virtual şəxsi şəbəkələri (virtual private networks - VPN) və başqa vasitəçi proksi xidmətlərinin qadağanı haqda qanun qəbul edib. Rusiya internet azadlığı üzərinə basqıları ölkənin ekstremizmin yayılmasından narahatlığı ilə izah edir.
Hazırda ruslar qadağan edilmiş saytlara məhz belə xidmətlər vasitəsilə daxil olurlar.
Rusiya vətəndaşlarına aid şəxsi məlumatların Rusiyadakı serverlərdə saxlanmasını tələb edən qanun qəbul olunduğu vaxtdan bəri ayrı-ayrı şirkətlərə seçkili qaydada tətbiq olunub.
Rusiyanın internet azadlığı fəalları beynəlxalq texnologiya şirkətlərini Rusiya hökumətinin tələbini rədd etməyə çağırırlar. Onlar bildirirlər ki, əks halda milyonlarla rusiyalı istifadəçinin kibertəhlükəsizliyinə hədə yaranacaq.
Rusiya Dövlət Dumasındakı kommunikasiya və informasiya siyasəti komissiyasının başçısı Leonid Levin məsələnin «Facebook»un bağlanacağı həddə çatmayacağına ümid etdiyini bildirib. O deyib ki, bu məsələnin həlli istiqamətində ABŞ şirkəti ilə danışıqlar aparılacaq.