«Dindarların içində ağıl problemi olanlar var»
Deputat ateistlərə məntiqli cavab verməyə çağırdı
Günay RƏSULQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnternetə çıxış 8 faiz yüksəlib
Şəbəkəyə girən kişilərin sayı qadınlardan 1/3 dəfə çoxdur
-
Gözləmə, 500 manat qazan!
«Kapital Bank» müsabiqə elan etdi
-
Bütün bunları niyə edirik?
Din xadimlərinə maaş ödəməklə problemlər çözüləcəkmi?
-
«Facebook» əhlinin infarkt etdiyi şairlər
Siyasi havanın qızdığı vaxtlarda yazarın nə hünəri var sevgidən-mevgidən yazsın
-
«Əvvəl mərsiyə, sonra meyxana, indi də «hara gedirsən, ayə...»»
Fazil Mustafa: «Qida, uşaq geyimi, dərmanlar od qiymətinə, aztəminatlı ailələrin sağlam uşaq böyütməsi ciddi risk altındadır»
-
Radikal dindarlar Azərbaycan üçün təhlükədir
Partiya sədrlərindən çağırış
-
«Enerjinin qiyməti bahadır»
Deputat məsələ qaldırdı
-
«5-6 gündür parlamentin iclaslarında iştirak etmir»
İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər
-
«Trollar»ın 27 yaşlı azərbaycanlı başçısı
Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib
-
Seçkiləri «barmaqlayan» virtual «troll»lar
Rusiya «Trampı seçdirmək üçün» «Google»dan da istifadə edib
-
Rusiya «Facebook»u qadağan edə bilər
Jarovun sosial şəbəkədəki «hərarət»dən narahatdır
-
Xına yaxmağın ağırlığı
Azərbaycanda «Hanna Party»: hətta göbək rəqsi, müğənnilər, hədsiz dəbdəbə...
-
«Moskvadan görünən Rusiya o qədər də təhlükəli deyil»
Millət vəkili: «SSRİ-nin bərpasını istəyənlər, arzulayanlar, nəinki Rusiyada, elə bizdə də var, ancaq indi 1917-ci il deyil»
-
«Abunəçi haqqında heç bir məlumat üçüncü tərəfə verilmir»
«Bakcell» rəsmisi Süheylə Cəfərova: «Balansın «səbəbsiz» silinməsi» şikayətlərinə gəldikdə isə, ...»
-
«Facebook»da Rusiya barmağı
Sosial şəbəkədə Sankt Peterburqdan maliyyələşən saxta xəbər kampaniyası aşkar edib
-
Zakkerberq prezident olmaq istəyir
Ateist milyarder amerikalıların «allahsız namizəd»ə səs vermədiklərini bildiyi üçün dini düşüncələrini yenidən dizayn edir
Sosial şəbəkələr hər kəsə açıqdır və əksəriyyət burada öz fikirlərini azad ifadə edə bilir. Ortaq düşüncəli insanların bir qrupda və ya səhifədə cəmləşdiyini və müəyyən çıxışlar etdiyini də görürük.
Bu baxımdan sosial şəbəkələrdə ateistlər və dindarların da fəaliyyəti hər kəsə məlumdur. Öz növbəsində onları iki qismə ayırmaq olar.
Dini radikal şəkildə pisləyən, bəzən isə təhqir edənlər və dini baxışlarını normal, intellektual şəkildə ifadə edən ateistlər.
Eyni zamanda bunun əksi, yəni qarşı tərəfə aqressiv cavab verən dindarlar da var.
Artıq Azərbaycanda «Facebook»da onlarla ateist səhifələri mövcuddur. Dindarlarla ateistlərin belə səhifələrdə söz qarşıdurması baş verir. Adətən hər iki tərəfin öz dini və elmi baxışları barədə tutarlı arqumentləri olmalıdır. Amma bəzən dini duyğuları alçaldan paylaşımların da şahidi oluruq.
Maraqlıdır, dini inancların bu dərəcədə alçaldılması məsuliyyət yarada bilərmi?
Məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlama verib: «Hər bir halda bu cür məsələlərə dindarlar dözümlü yanaşmalı və arqumentlərlə cavab verməlidirlər. Əlbəttə, təhqir yolverilməzdir. Amma dini aşağılayan hər hansı situasiyadan söhbət gedirsə, buna cavab verilməlidir.
Təbii, bu da mədəni formada olmalıdır. Sadəcə dindarların içində məntiqi olmayan, ağıl problemi yaşan xeyli insanlar var və onlar adətən söyüşdən, təhqirdən istifadə edirlər. Görünür, həmin şəxslər peyğəmbər məktəbi keçməyib, nəsə öyrənməyiblər. Halbuki peyğəmbərimiz onu təhqir edən insanlara qarşı nə qədər mülayim, səviyyəli və hazırlıqlı cavablarla çıxış edib».
Deputat düşünür ki, bu cür məsələləri qadağa və ya məsuliyyət yolu ilə həll etmək mümkün deyil: «Yaxşı olar ki, qeyd edilən alçaldıcı paylaşımlara məntiqli arqumentlərlə cavab verilsin. Karikatura çəkəni və ya kitab yazanı yandır, öldür - bu, İslam dini deyil ki. Bunu edənlərin dindən xəbəri yoxdur. Hər şeyi qadağan etməklə İslam olmur. Təbii , dini qəbul etməyən çoxsaylı insanlar var. O zaman hamısının başı kəsilməlidir?
İŞİD-çi, Hizbullahçı zehniyyətin təsiri ilə bunu etmək olar. Amma ağıllı adam, gerçək dindar üçün hər bir məsələnin cavabı var. Peyğəmbərə də zamanında müxtəlif adlar qoşurdular. O necə cavab verirdi? Mədəni və səviyyəli. Həmin səviyyədə cavab verməyə hazır olmaq lazımdır. Din bunu öyrədir. Biri kiminsə saqqalının , digəri zəncirinin uzunluğunu ölçürsə, bu, İslam dini deyil. Məntiq, ağıl, əxlaq öyrənməyəndə cavab verməkdə çətinlik çəkirsən və ölüm hökmü kəsir ya da başqa qadağan edən yollar axtarırsan. Bu da heç bir məntiqə uyğun gəlmir».