vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TEXNİKA  
18:56 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 3531 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnternetə çıxış 8 faiz yüksəlib

Şəbəkəyə girən kişilərin sayı qadınlardan 1/3 dəfə çoxdur

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən il dünyada internetə çıxış 8,3 faiz artıb. «The Economist Intelligence» «Facebook»un sponsorluğuyla «İnklüziv İnternet İndeksi»ni hazırlayıb. İndeks artıq ikinci ildir hazırlanır.

Dəyərləndirmə 85 ölkə üzrə aparılıb. Ümumilikdə internetə girən kişilərin qadınlardan 33,5 faiz çox olduğu üzə çıxıb. Azgəlirli ölkələrdə gender fərqli kişilərin xeyrinə 80,2 faizdir. Amma Nepal, Malavi, Mozambik kimi bir sıra aşağı gəlirli ölkələr qadınlar və qızlar arasında internetə çıxışın yaxşılaşdırılması siyasəti yürüdürlər.

İndekslə eyni zamanda «İnternetin Dəyəri» adlı sorğu da keçirilib. 85 ölkədə 4 min 267 istifadəçi internetin onların həyatına təsirini dəyərləndiriblər. Sorğu üzə çıxarıb ki, özəlliklə Asiya, Yaxın Şərq və Afrikada internet vətəndaşlar üçün imkanlar mənbəyidir. Hər 10 respondentdən altısı deyib ki, «internetdən istifadə məni daha da müstəqil edib».

Avropada isə şəxsi həyat və təhlükəsizlik məsələlərinin internetdən istifadəni məhdudlaşdırdığı aşkarlanıb. Ümumilikdə, respondentlərin 85 faizi deyib ki, özəl həyatdan dolayı internetdən istifadəni müəyyən dərəcədə azaldıblar.