Azərbaycana odatanlar gəlir
Rusiya hərbi texnikanın növbəti partiyasını göndərir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Cavabımız 5-10 misli artığlaması ilə olur»
General: «Bu dəfə ermənilərə fəlakət zərbəsi endiriləcək»
-
«Cavabımız ağır olacaq»
Ermənistan ordusu sərhəddə «Şmel» odsaçanından istifadə etdi
-
Rusiyanın «Uralvaqonzavod» müəssisəsi (UVZ) yaxın günlərdə Azərbaycandan aldığı sifariş üzrə hərbi texnikanın yeni partiyasını Bakıya göndərəcək.
Azərbaycana göndəriləcək hərbi texnikanın arasında TOS-1A «Solntsepyok» ağır odatanlarının (oqnemyotnaya sistema) 6 maşından ibarət ikinci partiyası yer alacaq.
Bundan başqa, müəssisə Azərbaycanın sifariş verdiyi TMM-6 mexanikləşdirilmiş körpüləri və İMR-3M mühəndis-istehkam maşınlarının ilk partiyasını Azərbaycana göndərir. Azərbaycana ilk olaraq 3 ədəd İMR-3M yola salınacaq.
TOS-1A «Solntsepyok» ağır odatanlarının atəş məsafəsi 6 min metr, bir raketin məhvetmə sahəsi isə raketin tipindən asılı olaraq 25 min kvadratmetrdən 40 min kvadratmetrədəkdir (2.5-4 hektar).
Qeyd edək ki, Azərbaycan 2011-ci ildə UVZ müəssisəsinə 100 ədəd T-90S tankı, 100 ədəd BMP-3M, 18 ədəd 2S31 «Vena», 18 ədəd 2S19 «Msta-S» özüyeriyən haubitsası, 18 ədəd TOS-1A «Solntsepyok» ağır odatanı, həmçinin TMM-6 mexanikiləşdirilmiş körpüləri, MTU-90M tank körpüsalanları, bu il isə İMR-3M mühəndis istehkam maşınları sifariş verib.