vaxtlı-vaxtında oxuyun! Şənbə, 2 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
14:29 | 14 avqust 2014 | Cümə axşamı Məqaləyə 1454 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan Rusiyaya diktə imkanı verməyəcək»

Tomas de Vaal: «Soçi görüşü Qarabağ probleminin əsas həqiqətini bir daha sübut etdi»

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarabağ problemi üzrə britaniyalı ekspert Tomas de Vaal Beynəlxalq Sülh üzrə Karnegi Fondunun saytında yazır ki, avqustun 10-da Rusiya prezidenti Putin Azərbaycan və Ermənistan prezidentlərini Soçidə görüşə yığdı. Görüşün ilk məqsədi uğurlu oldu. O mənada ki, Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində gərginlik səngidi.

Ancaq görüşdən sonra İlham Əliyev və Serj Sərkisyan problemin sülh yolu ilə həllini dəstəklədiklərini desələr də məsələnin mahiyyətindən heç nə demədilər. 1994-cü ildə əldə olunmuş atəşkəs sazişinin gücləndiriləcəyi barədə də bəyanat verilmədi.

Tomas de Vaal yazır ki, atəşkəsin pozulması və onlarla gəncin ölməyi indi «yeni normaya» çevrilir. 2011-ci ildən masanın üstündə belə «insidentlərin araşdırılması mexanizmi» təklifi var. Ancaq onu reallaşdırmırlar. Buna da toxunulmadı. Problemin həllinin baza prinsipləri ətrafında danışıqları canlandırmaqdan da bir söz deyilmədi.

Tomas de Vaalın fikrincə, Soçi görüşündən əvvəl çoxlu spekulyativ fikirlər səslənirdi ki, Rusiya münaqişəni qızışdırır ki, sonra vəziyyəti idarə etsin.

Ekspert əmindir ki, Putin indiki vəziyyətdən sülhpərvər olduğunu nümayiş etdirmək üçün istifadə edir: «Ancaq Soçi görüşü Qarabağ probleminin əsas həqiqətini bir daha sübut etdi: problem xarici amillərə görə yox, daxili dinamikaya görə həll olunmur. Heç bir tərəf Rusiyaya diktə imkanı verməyəcək. Bu, hər iki ölkənin təhlükəsizliyi və milli mənliyi üçün fundamental məsələdir. Bu, hətta Rusiyanın hərbi tərəfdaşı Ermənistana da aiddir. İndiki daxili dinamika isə getdikcə pisləşir. Yaxşılaşmır. Azərbaycanın İsrail və Pakistandan silah alması barədə məlumatlar var.

İlham Əliyev Soçiyə getməzdən əvvəl «Twitter»də 57 mesaj yazdı: «Biz öz suverenliyimizi bərpa edəcəyik. Azərbaycan bayrağı işğal olunmuş ərazilərdə, o cümlədən Xankəndində və Şuşada dalğalanacaq».

Soçidən sonra Sərkisyan da «maço üslubunda» bəyanat verib ki, Ermənistanın 300 km-i vuran raketləri var və bu raketlər Azərbaycan şəhərlərini Ağdama çevirə bilər.

Bütün bunlar onu göstərir ki, Rusiyanın və eləcə də heç kimin münaqişəni necə idarə etmək ideyaları yoxdur. Rusiya indiki status-kvodan mümkün qədər yararlanmağa çalışacaq, müharibənin başlanmasının qabağını elə əvvəlcədən alacaq.

O biri ölkələrə gəlincə isə payızda ABŞ BMT Baş Məclisi vaxtı Azərbaycan və Ermənistan liderlərini bir yerə toplamağa çalışacaq. Fransa prezidenti Olland isə Əliyevlə Sarkisyanı Parisə dəvət edir.

Putin isə Ukrayna ilə problemin həllinə dönür. Onun yaxın vaxtlarda yeni Qarabağ sammiti keçirmək planının olmasının əlaməti yoxdur». («Azadlıq» radiosu)