vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MEDİA-QHT  
15:21 | 18 avqust 2014 | Bazar ertəsi Məqaləyə 1548 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Saytın bağlanması xəbəri...»

«Mediaforum» saytının rəhbərindən son söz

««Mediaforum» saytının fəaliyyətini dayandırılması ilə bağlı yayılan məlumatlar yalandır». Bunu AzNews.az-a «İnternews Azerbaijan» İctimai Birliyinin baş direktoru, «Media forum» saytının təsisçisi İlham Səfərov bildirib.

O vurğulayıb ki, saytın əməkdaşları məzuniyyətdədir və ayın sonundan hamı işə çıxacaq: «Saytın kollektivi avqust ayının 1-dən məzuniyyətə çıxıb. Sentyabrın 1-dən Mediaforum.az əvvəlki qaydada işinə davam etdirəcək. Yəni saytın bağlanması ilə bağlı xəbər boş söhbətdir. Bu cür məlumatların saytımıza qarşı təxribat olduğunu da istisna etmirəm».

Sayt əməkdaşlarının əmək haqlarının verilməməsinə gəlincə, İlham Səfərov bu məsələnin də ayın sonunda həll olunacağını bildirib: «Əməkdaşlarımızın bir aylıq maaşları qalıb. Biz ötən həftənin 5-ci günü iclas keçirdik. Bu məsələlər müzakirə olundu. Onlar bildirildi ki, əmək haqları ayın sonunda - yəni məzuniyyətdən qayıdan kimi veriləcək. Onlara əmək haqlarının gecikməsinin səbəbləri də izah olundu. Hər şey normaldır, anlaşılmayan heç bir şey yoxdur».

Qeyd edək ki, «Qafqazinfo»nun yaydığı məlumata görə, «Mediaforum» saytı fəaliyyətini dayandırır. Sayt xəbər verir ki, iyulun 28-dən bütün işçi kollektivi ilə birgə yay məzuniyyətinə çıxan sayt fəaliyyətini bu gün bərpa etməli idi. Lakin saytda hələ ki, heç bir yeniləmə yoxdur.

Məlumata görə, saytın əməkdaşları iki aydır maaşlarını ala bilmirlər. Saytın fəaliyyətini dayandırmasına səbəb isə yeganə gəlir mənbəyi olan «İREX Azərbaycan» (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) qeyri-hökumət təşkilatının bank hesabına həbs qoyulmasıdır.