Sərhədyanı kəndlər barədə layihə
Güzəştlər Ermənistan parlamentinə çıxarıldı, bəs Azərbaycanda?
F.MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nonu ...
...Yaxud çadır həyatının təəssüratları
-
O göydəki ulduzlar haqqı
Tanrı dərgahı kimi ...
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Ölünün qıdığı gəlməz ...
İrəvan Minsk Qrupunu diriltməyə çalışır, Moskva separat oyuncağı ...
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
İrəvan danışıqları sabotaj edir
Paşinyanın tələbi Kremlin maraqlarına xidmət edir
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
-
Kreml fikrindən daşınıb?
Putin Paşinyana pozitiv siqnallar ötürüb
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Paşinyanın KTMT-dəki fiaskosu
Sərhəddən Ermənistanın başına od ələnəcək
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Paşinyan KTMT-ni şantaj etdi
“Ermənilərin təşkilata ümidi doğrulmayıb”
-
İrəvanın Qərbə ötürdüyü sirr
Kremlə ən böyük zərbəni ermənilər vurdu
-
Putin kritik qərar astanasında
İrəvandan əlini çəkir, yoxsa Bakıyla savaşa girir?
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
Ermənistan parlamentinin müxalifətdən olan deputatı Nikol Paşinyan Azərbaycanla sərhəd kəndlər haqda qanun layihəsini gündəliyə çıxarıb. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, qanun layihəsi Paşinyan da daxil olmaqla bir qrup deputatın Azərbaycanla sərhəd bölgələrə səfərlərindən sonra hazırlanıb.
Qanun layihəsinə əsasən Azərbaycanla həmsərhəd erməni kəndlərinin sakinləri elektrik enerjisini, təbii qazı, içməli suyu və suvarma suyunu 50 faiz ucuz alacaq, bütün növ vergilərdən azad ediləcəklər. Həmçinin qanun layihəsində deyilir ki, Azərbaycan silahlı qüvvələrinin açdığı atəş nəticəsində evsiz-eşiksiz qalanlar bir ay ərzində həmin kəndin ərazisində əvvəl sahib olduğu evin ölçüsündə ev verilməlidir. Atışma zamanı yaralanan mülki şəxslərin müalicəsi isə dövlət hesabına aparılmalıdır.
Qanun layihəsinin Ermənistan parlamentindəki bütün fraksiyalar tərəfindən müsbət qarşılandığı və onun qəbul edilmək şansının yüksək olduğu bildirilir. Layihə Ermənistanın Azərbaycanla sərhəd kəndlərinin boşalmasının qarşısını almaq məqsədi daşıyır. Belə ki, avqustun əvvəllərində təmas xəttində gərginlik artanda və Azərbaycan silahlı qüvvələri düşmən mövqelərinə güclü zərbələr endirəndə Ermənistanın sərhədyanı kəndlərinin boşaldığı, əhalinin kəndləri tərk etdiyi barədə məlumatlar yayılmışdı.
Ermənistanın baş naziri, müdafiə naziri və parlamentin deputatları dalbadal sərhədyanı kəndlərə səfər edərək əhalini sakitləşdirməyə çalışırdılar.
Bəs Azərbaycanda necədir? Dilənçi kökündə olan Ermənistanda sərhədyanı kəndlərə dotasiyanı nəzərdə tutan qanun layihəsi qəbul etməyə hazırlaşdıqları bir vaxtda büdcəsi düşmən ölkənin büdcəsindən 6-7 dəfə böyük olan Azərbaycanda erməni gülləsi altında yaşayan sərhədyanı kəndlərlə bağlı hansısa hökumət proqramı varmı?
Belə məlum olur ki, yoxdur. Hərçənd ki, mətbuat və parlamentin ayrı-ayrı üzvləri tərəfindən bu məsələ bir neçə dəfə qaldırılıb. Ermənistanla həmsərhəd kəndlərin sakinləri üçün elektrik enerjisinin, təbii qazın güzəştli qiymətə satılması, vergi güzəştləri, infrastrukturun inkişafı ilə bağlı təkliflər səslənib.
Ancaq məsələ parlament və hökumət səviyyəsində müzakirə edilməyib. Baxmayaraq ki, Ermənistanla sərhəddə yerləşən, hər gün atəşə tutulan kəndlərin sakinlərinin əsas narahatçılığı düşmən təhlükəsi deyil, dolanışıq və sosial-iqtisadi problemlərdir. Bu problemlər sərhədyanı kəndlərdən miqrasiyanın əsas səbəbləridir. Düşmən qarşısında geri çəkilməyən bu kəndlərin əhalisi sosial-iqtisadi problemlər qarşısında bir çox hallarda öz evlərini tərk etməli olurlar.
Məsələn, cəbhədə iyulun sonları-avqustun əvvəllərində baş verən şiddəti atışmalar zamanı məlum olmuşdu ki, Tovuz rayonunun hər gün Ermənistan ordusu tərəfindən atəşə tutulan Koxanəbi kəndində 30-35 manat borca görə sakinlərin işıqları kəsilib. Buna səbəb kənd sakinlərinin imkansızlıq üzündən elektrik enerjisinin haqqını ödəyə bilməməsidir. Heç bir güzəşt nəzərdə tutulmadığından yerli işıq idarəsi sakinləri işıqsız qoyub.
Həmçinin sərhədyanı kəndlərin əhalisi işlətdikləri təbii qazın da pulunu ödəməkdə çətinlik çəkirlər. Çünki əhaliyə hər kubmetri 100 manata satılan qazın haqqını ödəmək işsizlik və yoxsulluq hökm sürən kəndlərin sakinləri üçün ciddi problemdir.
Lakin problem təkcə qaz və işıq pulunun ödənilməsi, bu məsələdə sərhədyanı kəndlərə heç bir güzəştin nəzərdə tutulmaması deyil. Bir çox sərhədyanı kəndlərdə ümumiyyətlə təbii qaz yoxdur və əhali sərt qış aylarında qızınmaq üçün meşələri, qiymətli ağac növlərini qırmalı olur. Məsələn, Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsində qazlaşdırma layihəsi 2011-ci ildən dayandırılıb. ARDNŞ bölgənin cəmi 3 kəndinə qaz çəkəndən sonra işləri yarımçıq qoyub və qalan 20-dən çox kəndin nə vaxt qazlaşdırılacağı ilə bağlı konkret heç nə demir. Hərçənd ki, Şınıx bölgəsinə magistral qaz kəməri çəkilib və sakinlər deyirlər ki, kəndlərin cəmi 2-3 kilometrliyindən keçən bu kəmərdən qazı 50 mm-lik borularla evlərə paylamaq o qədər də böyük xərc tələb etməzdi.
Xatırladaq ki, bu yaxınlarda prezident İlham Əliyev də bölgələrdə qazlaşdırma işlərinin olduqca ləng getdiyini deyərək bu sahədə vəziyyəti «dözülməz» adlandırmışdı. Prezident Nazirlər Kabinetinin iclasında bəyan etmişdi ki, ARDNŞ, onun tərkibində olan «Azəriqaz» bölgələrdə qazlaşdırma işlərini sürətləndirməli, bu işlərə öz vəsaitlərini də cəlb etməlidir.
Qazlaşdırma, infrastruktur, yollar və s. problemlərlə yanaşı Ermənistan silahlı qüvvələrinin açdıqları atəşlərlə yaralanan sərhəd kəndləri sakinlərinin müalicəsi və zərər çəkən evlərin bərpası, düşmən tərəfindən güllələnən mal-qaraya görə yardımların verilməsi kimi məsələlər də açıq qalır. Belə görünür ki, Azərbaycanda da sərhədyanı bölgələri gücləndirmək üçün xüsusi hökumət proqramının işlənib hazırlanmasına ciddi ehtiyac var.