«Heydər Əliyevin sirlərini Amerikaya ötürürdü»
Rasim Ağayevdən Vəfa Quluzadı haqda ağır sözlər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Heydər Əliyev və TÜRKSOY”
Ümummilli liderin vəfatının 19-cu ildönümünə həsr olunmuş tədbir
-
Başladığı bütün işlərin sona çatdırılacağına inanırdı
Heydər Əliyevin tarixi xidmətlərini zaman keçdikcə daha aydın dərk edirik
-
2023-cü il “Heydər Əliyev İli” elan edildi
Azərbaycan Prezidenti sərəncam imzaladı
-
Xalq üçün yaşanan bir həyat…
Bu gün Heydər Əliyevin doğum günüdür
-
Bugünkü inkişafın təminatçısı
Heydər Əliyev strateji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı
-
Heydər Əliyev nə demişdi?
“SSRİ-ni yada salan heç bir sənədə imza atmaq, tədbirlərə qatılmaq lazım deyil”
-
Təhlükəsizliyimizə keşik çəkən DTX
Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun (Heydər Əliyev)
-
“Müdrik dövlət xadimi, dahi lider, qayğıkeş İnsan...”
Mehriban Əliyeva: “Heydər Əliyevin xatirəsi qəlbimizdə həmişə yaşayacaq”
-
“Qafqazın Kissinceri...”
Beynəlxalq ekspert Cozef Hammond Vəfa Quluzadə haqqında məqalə yazdı
-
“Sizə iradımız yoxdur...”
İlham Əliyev: “Biləndə ki, Heydər Əliyevin oğluyam, məni heç kim işə götürmürdü”
-
“...Onun adını daşıyacaq”
Mübariz Mənsimovdan Elçibəyə böyük jest
-
Misilsiz xidmətləri yaddaşlara hopmuş lider
Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...
-
Müstəqillik tariximizin həqiqət anı
1993-cü ilin 15 iyunu Azərbaycanın yeni tarixini ikiyə böldü. Arxada ümidsizlik, müstəqilliyin qaranlıq perspektivi, irəlidə sabitlik, ümid və dövlətçiliyin xilası vardı...
-
Qurtulmuş xalqın günü
15 iyun Milli Qurtuluş Günüdür
-
“Qalxan və qılınc” filmi ekranda
Əsər ulu öndər Heydər Əliyevin DTK-nın rəhbəri olarkən erməni millətçilərinin təxribatlarına qarşı mübarizəsindən bəhs edir
-
Heydər Əliyevin yubiley mərasimində “Qızıl çinar” mükafatı
Birinci vitse-prezident Mehriban Əliyeva yüksək ödülü üç nəfərə təqdim etdi
Haqqin.az saytının daimi müəlliflərindən olan politoloq Rasim Ağayev həmkarı Vəfa Quluzadənin «Yeni Müsavat» qəzetinə son müsahibəsində onun ünvanına səsləndirdiyi fikirlərə kəskin cavab verib. R.Ağayev haqqin.az saytında bu gün işıq üzü görən məqaləsində V.Quluzadəni siyasi riyakarlıqda suçlayıb.
«Açığı, mənim Quluzadənin müsahibələrini oxumağa, illah da onuna ünsiyyətə və siyasi baxışlarına şərh verməyə heç vaxt xüsusi həvəsim olmayıb. Onun adını yalnız bir dəfə çəkmişəm. O da Zərdüşt Əlizadə ilə birgə yazdığımız «İkinci respublikanın sonu» adlı kitabda. Həmin kitabda da göstərmişik ki, Vəfa Quluzadə kəskin siyasi mübarizə dövründə eyni vaxtda iki stulda oturmaq istəyir, Kommunist Partiyası Mərkəzi Komitəsi ilə Xalq Cəbhəsinin qərargahı arasında var-gəl edirdi. Beynəlxalq şöbənin müdiri olan Vəfa Quluzadənin yaxalığının altında Elçibəyin əksi olan nişan vardı. Zaman keçdikcə həmin nişanı üstündə Heydər Əliyevin əksi olan başqa nişan əvəzlədi. Bu siyasi ikiüzlülük hakimiyyət uğrunda mübarizənin kəskinləşdiyi günlərdə açıq xəyanət şəklini aldı» - deyə R.Ağayev yazır.
Müəllif bildirir ki, amma bu kitab çoxdan yazılıb və V.Quluzadə müsahibəsində ona irad tutmasaydı, bunları heç yada da salmazdı.
Həmişə sərt anti-Rusiya mövqeyi ilə seçilən V.Quluzadənin rus xalqının və Rusiyanın ünvanına bəlağətlə tərif söyləməsini «zamanın və cari siyasi konyukturanın tələbi» ilə izah edən R.Ağayev daha sonra sabiq prezident Ayaz Mütəllibovun və xarici kəşfiyyat rezidentlərindən birinin fikirlərini xatırladır: «Onlar «Novoye vremya» qəzetinə açqılamalarında beynəlxalq məsələlər üzrə yüksək rütbəli məmur Vəfa Quluzadənin sakitcə hansı işləri görməsindən və bundan nə qədər qazanmasından danışmışdılar. O, indi də mərhum prezidentin adından qazanmağa çalışır. Özündən belə rəvayətlər uydurur ki, Heydər Əliyev onun çıxışlarını guya həmişə bəyənib. Adamın buna inanmağı gəlmir, çünki ortadakı xəyanət təzə faktdır.
Əgər hamıya tez inanan Ayaz Mütəllibov Prezident Aparatından fasiləsiz informasiya sızıntısına diqqət yetirirdisə, ən təcrübəli siyasətçilərdən biri olan general Heydər Əliyev şübhəsiz ki, amerikalı diplomatların Azərbaycandakı vəziyyətə dair dərin və şübhəli məlumatlılığının səbəblərini köklərinə qədər öyrənmişdi. Onun buna reaksiyası özünü çox gözlətmədi və çox sərt oldu. Belə hallarda nə olmalı idisə, o da oldu. Əliyev Quluzadəni öz aparatından satqın xidmətçilər kral sarayından qovulan sayaq kənarlaşdırdı.
Açıq danışası olsaq, Heydər Əliyevin mənsub olduğu siyasi məktəblər satqınları sevmir».