

Bir il ərzində iki dəfədən artıq geriləmə pis əlamətdir
8 il əvvəl İrana ekstradisiya olunan narkotacir yenidən həbs olunub
Arif Əsgərov 394 nəfəri aldadaraq pullarını ələ keçirib
“Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın üzvü Özbəkistanın saxta pasportunu daşıyırmış
... Azərbaycanı və başqa ölkələri saxta bioloji silah iddiaları ilə hədəfə alır
İki ölkənin təhlükəsizlik xidmətlərinin rəhbərləri arasında görüş keçirilib
Bu gün Heydər Əliyevin doğum günüdür
Heydər Əliyev strateji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı
DTX Rusiya rəsmilərinin səsləndirdiyi fikirlərə reaksiya verdi
“SSRİ-ni yada salan heç bir sənədə imza atmaq, tədbirlərə qatılmaq lazım deyil”
DTX və ya XRDX özəl sektora qarşı da məcburi tələblər tətbiq edəcəkmi?
Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur?
Korrupsiya ilə mübarizə ilə real olaraq yalnız bu qurum məşğul olur
Təhlükəsizlik xidməti sosial mənzillərin “5 saniyəyə satış” düyününü çözdü
Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümüdür
“Müdafiə Nazirliyinə ayrılan pulun 10 faizi Nəcməddin Sadıkova çatıb”
Dövlət Təhlükəsizlik Xidməti (DTX)103 illik dövrdə böyük nailiyyətlər əldə edib. Rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi vaxtda qurulan təhlükəsizlik xidmətimiz, tarixi düşmənimiz Rus imperiyasının 2-ci dəfə ki, istilası dövründə varlığını itirmək həddinə çatıb. Ulu öndər Heydər Əliyevin təbirincə desək, 1920-1950-ci illərin təhlükəsizlik orqanlarının fəaliyyəti bizim xüsusi xidmət orqanlarının tarixində silinməz qara ləkədir.
Məhz həmin dövrdə SSRİ rəhbərliyi tərəfindən milli kimliyimizi pozmaq, zədələmək mübarizəsində Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəhbərliyi və kadr bazası tamamilə yad millətlərdən formalaşdırılmış və anti-azərbaycan siyasətində xüsusi əməliyyatlar, repressiyalar həyata keçirilib. Lakin qədim dövlətçilik tariximiz, dövlət idarəçiliyimiz, ordu quruculuğumuz və s komponentlər, əsasda xalqımızın böyük, dövlətini, millətini sevən oğlu sayəsində öz varlığını qoruyub saxlamış, hətta belə gələcək nəslə doğru, düzgün istiqamətdə ötürülmüşdü. Ümummilli lider Heydər Əliyevin o zamankı Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı dövrdə təhlükəsizlik orqanlarında bir oyanış, etnik kökə qayıdış, milli-kimliyə dönüş formalaşmışdı. 1944-cü ildən DTK-ya təyinat alan, qısa zamanda xidmətdə fərqlənmiş, 1953-cü ildən DTK-nın əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Ulu öndər, əməliyyat şəraitini düzgün qiymətləndirmək, müxtəlif əməliyyat-axtarış sistemindəki uğurları, yüksək intelektuallığı sayəsində 1964-cü ildən DTK Azərbaycanın sədr müavini, 1967-ci ildən isə sədri vəzifəsində çalışmış, həmin çətin dövrdə heç bir azərbaycanlının əldə edə bilməyəcəyi vəzifə və “general-mayor” rütbəsinə yiyələnmişdi. Onun fəaliyyəti dövründə savadlı, yerli kadr bazasının irəli çəkilməsində prinsipiallıq, cəsarət göstərildiyini və azərbaycançılıq ideologiyasının həmin dövrdə məhz təhlükəsizlik orqanlarında formalaşdığını görə bilərik. DTK veteranlarından biri, general rütbəsinə qədər gəlib çatmış Bahadur Hüseynov qeyd edir ki, ulu öndərlə Azərbaycan DTK-da işləyərkən, milli kadrlar haqqında necə narahatçılıq çəkdiyini, mən daha aydın hiss etdim. Yadıma gəlir, məni Naxçıvana göndərəndə tapşırdı: - “Kadrların yetişdirilməsi ilə məşğul olun, onlar gərək günün tələblərinə cavab versinlər, irad tutmasınlar ki, guya azərbaycanlılar işləyə bilmir. Məsuliyyət daşımaq, işi təşkil etmək bacarığınızı tabeliyinizdə olan adamlarla mütləq bölüşün ki, gələcəkdə biz onları irəli çəkə bilək”.
Müstəqillik illərində Ümummilli liderin respublikaya prezidentlik dövründə hər zaman təhlükəsizlik xidmətinə xüsusi qayğısı, diqqəti, hər bir sahədə olduğu kimi bu yöndə də geri qalmayıb. Azərbaycan Respublikasının 4-cü Milli Təhlükəsizlik Naziri Namiq Abbasov Ulu öndər ilə bağlı xatirələrində qeyd edir ki, - “Hər gün işə başlamaqdan əvvəl və iş zamanı daimi olaraq cənab prezidentlə əlaqədə olurdu”. 90-cı illərdə ki, çətin siyasi mübarizələrdə və müharibə dövründə xüsusi xidmət orqanı dövlətçiliyimizin qorunmasında mühüm işlər görmüşdür. Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə onlarla əməkdaşı xüsusi xidmətdə şəhid olmuş, həmin şəxslərdən 6-sı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
“Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydan həm inzibati yollarla, həm də instutusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcək.” sözləri ilə çıxış edən cənab prezident, bir daha səlahiyyətindən sui-istifadə edən, korrupsiya əməlindən geri qalmayan, əhalinin həssas qrupunu müxtəlif vasitələrlə incidən dırnaqarası məmurlara xəbərdarlıq etmiş oldu. Hər bir halda belə məmur adına ləkə gətirən xainlər cəzalanacaq. “Mən hər bir azərbaycanlının prezindentiyəm”- deyən cənab prezidentimizin ətrafında daima həmrəylik, birlik, əzəmət nümayiş etdirməliyik və istər xarici düşmənlər, istərsə də , vətən xainləri ilə mübarizə aparmalıyıq...