Naxçıvan klubu çempionatdan çəkilir
Topaz Premyer Liqada skandal, «Araz Naxçıvan» bəyanat yaydı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bazarlıq bitdi
Kimlər gəldi, kimlər getdi … ?
-
Stuxlik niyə gəlib?
Bayraq saymağa gəlib, yoxsa hakim hazırlamağa …
-
Musayev vurnuxur, Məmmədov izləyir
Yaxud diplomatik bacarıq, əla manevrlər
-
Klublar PFL-dən narazıdır...
... Bu qurum isə Qurbanovu gözləyir
-
«Əvvəlki kimi çılğın deyildim»
Samir Əliyev: «İstəyirəm futbolçular da sərbəst oynasınlar»
-
Yunis Hüseynov yenə həyəcanlanıbmış
«Fikirləşdim ki, yenə həmin şey təkrarlanacaq?»
-
«Sumqayıt»ın tək ağası
Abasovun klubu avrokuboklara doğru inamla irəliləyir
-
«Yalnız qələbə haqda düşünürdük»
Samir Abasov: «İstədiyimizi edə bildik»
-
«Qarabağ» həm xal itirdi...
... həm də pul
-
Axundovun ifşası
Ramiz Məmmədovun ssenarisi ilə
-
Təlaş dolu qarışıqlıq
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
-
Qurbanovun hesabına kef edirlər
Hər yerdə «Qarabağ», AFFA-da «Qarabağ», PFL-də «Qarabağ»
-
Topaz Premyer Liqanın nəhs turu
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
-
«Alverə gedirlər»
Xaqani Məmmədov: «Qayıtmaq istəyənə qapımız həmişə açıqdır»
-
Ramin Musayev hardadı?
Qələbələrə şərik olan PFL prezidentinin, məğlubiyyətdə də əməyi varmı?
-
AFFA-nın gözdən asılan pərdəsi ...
... yaxud Prosineçkinin 36 saata qazandığı qədər...
«Araz-Naxçıvan» çempionatdan çəkilir. Bu barədə klub rəsmi bəyanat yayılıb. Həmin bəyanatı diqqətinizə çatdırırıq:
«Araz-Naxçıvan» hakim səhvlərinə görə çempionatdan çəkilir
Cari mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən «Araz-Naxçıvan» PFK çempionatdan çəkilmək qərarına gəlib. Buna səbəb komandanın son iki turda üzləşdiyi hakim səhvləridir. İlk olaraq, Qəbələdə keçirilən (2-ci tur) matçda hakim Rəhim Həsənovun 19-cu dəqiqədə qayda pozuntusu olmadan «Araz-Naxçıvan»ın qapısına təyin etdiyi penalti komandanın məğlub olmasına səbəb olmuşdur. Buna etiraz etməyən klub növbəti turda da eyni aqibətlə üzləşdi. Bu dəfə «Sumqayıt»la 4-cü turda keçirilən matçda referi Ömər Paşayevin qərəzli qərarları «qırmızı-ağlar»ı çempionatdan çəkilməyə vadar edib. Oyun ilk hissəsinin son dəqiqlərində rəqib qapısına gedən topu müdafiəçilər əli ilə qapı xəttindən çıxarsalar da, hakimin qərarı ağ nöqtə yox, künc zərbəsi olub. Görüşün son dəqiqəsində isə qapı xəttini keçmiş topu referi Paşayev qeydə almayıb. Səbəb kimi isə rəqib qapıçıya müdaxiləni göstərib.
Qeyd edə ki, oyunun hakim-inspektoru Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov olub.
İşi iş bilənə ver! Nə vaxta qədər oyun idarə edə bilməyən hakimlər stadionlarımızda fit çalacaq? AFFA, PFL və HK hara baxır?! Premyer Liqanın hər turundan sonra 2-3 hakim 3-4 oyunluq çempionatdan uzaqlaşdırılır. Demək ki, qərəzli qərarlar verən referilərə 3-4 oyunluq cəza onları qane etmir. Bu hara kimi davam edəcək? Ölkə prezidenti Cənab İlham Əliyevin «2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair imzaladığı» sərəcama AFFA, PFL və HK-nin münasibəti göz qabağındadır.
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts hər zaman açıqlamalarında 11 futbolçu tapıb oynada bilmədiyindən şikayətlənir. Nə qədər ki bu qərarlar var, federasiya bu qərəzli qərarlara göz yumarsa, Azərbaycan futbolunun inkişafı barədə düşünməsin və millidə yalnız legionerlərin oynamasını qəbul etsin!»