vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
13:20 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 2746 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Foqtsu göndər!»

AFFA prezidentinə təzyiqlər artır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyaya yoxlama oyununda məğlub olan (0:4) Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik edilməsi məsələsi yuxarı dairələrdə bir daha müzakirə olunub. «Komanda.az»a AFFA-dakı mənbədən verilən məlumata görə, federasiyanın prezidenti Rövnəq Abdullayevə millinin bərbad oyununa və biabırçı hesaba görə irad bildirilib. Abdullayev isə hirsini AFFA-nın vitse-prezidentlərinə, baş katib Elxan Məmmədova töküb.

Rusiya ilə matçdan sonra AFFA rəhbərliyi əməlli-başlı çıxılmaz vəziyyətə düşüb. Artıq federasiyada da başa düşürlər ki, Berti Foqtsla qarşıdakı tsikldə lazım olan hədəfə çatmaq mümkünsüzdü. Lakin tsiklin başlamasına sayılı günlər qaldığından, alman məşqçini əvəzləmək məsələsi çətindi. Foqtsu göndərmək mümkün olsa, AFFA rəhbərliyinin artıq konkret namizədlərinin olduğu da deyilir. Bunlardan biri «Neftçi»nin keçmiş baş məşqçisi Böyükağa Hacıyevdi ki, onun namizədliyini gözdən keçirməyi Rövnəq Abdullayevdən naxçıvanlı iş adamları və «neftçilər»in prezidenti Sadıq Sadıqov xahiş edib. Digər - daha real namizəd isə «Qarabağ»ı Avropa Liqasının qrup mərhələsinə çıxaran Qurban Qurbanovdu. Qurbanova görə AFFA prezidentinə hətta Milli Məclisin bəzi deputatlarının da minnətçi düşdüyü deyilir. Onlar Abdullayevdən Foqtsu göndərib, Qurbanovu milliyə baş məşqçi gətirməyi xahiş ediblər.

Məsələ hələ ki, açıq qalır. Amma tsiklin ilk oyunlarında ani büdrəməyə görə Foqtsun göndərilmə ehtimalı çox böyükdü.