vaxtlı-vaxtında oxuyun! Şənbə, 2 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TƏHSİL, DİN  
17:44 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 834 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qərəzlisiz!»

Mərkəz direktorundan təhsildən yazan jurnalistlərə irad

Rüfanə GÜNƏŞ

«Hazırda mediada Azərbaycan təhsilinə qərəzli yanaşma var. Jurnalistlərin bu yanaşması tədqiqatlar əsasında deyil».

Modern.az xəbər verir ki, bunu Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram direktoru Elmina Kazımzadə deyib. Onun sözlərinə görə, mediada insanların bir çoxu zəif təhsilin qurbanları kimi göstərilir: «Həmin jurnalistlərə sual vermək istərdim ki, həmin yazıları hansı tədqiqatlar əsasında yazırsınız? Kimsə qonşusundan nəsə narazılıq eşidib onu yazır».

E.Kazımzadə deyir ki, təhsildə bəzi yeniliklər mənfi qarşılanır: «Məsələn elə kurikulum üsulunu götürək. Onu mənfi qarşılayanların əksəriyyəti valideynlərdir. Çünki onlar köhnə üsulla dərs keçiblər».