vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MƏMLƏKƏT  
20:33 | 7 sentyabr 2014 | Bazar Məqaləyə 3268 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dənizin içində yeni layihə

Köhnə və yeni bulvarın birləşdiyi yerdə 9 mərtəbəli möhtəşəm tikili

Bakı bulvarının qərb hissəsində, parkın yeni hissəsi ilə köhnə hissəsinin birləşdiyi yerdə (Əl Oyunları sarayının yaxınlığı) möhtəşəm istirahət-əyləncə-alış-veriş mərkəzi inşa olunur. Lent.az-ın məlumatına görə, ilkin olaraq «Xəzər Waterfront» layihəsi adlandırılan tikili 3,5 hektar ərazini əhatə edir. Tikili «Sydney Opera House» həndəsi formalı olmaqla, Azərbaycanın milli emblemi olan səkkizguşəli ulduz içində alov görünüşündədir.

120,000 m² ümumi sahəsi olan bina 9 mərtəbəli olacaq. İkimərtəbəli zirzəmi avtodayanacaq kimi nəzərdə tutulub. Üst hissə isə 7 mərtəbədən ibarət olacaq ki, mərkəzdəki alova bənzəyən tikilinin hündürlüyü 70 metrə çatacaq. 

Hazırda ərazidə tikinti-quraşdırma işləri davam etdirilir. Layihənin 2016-cı ildə təhvil verilməsi gözlənilir.