15:48 | 8 iyul 2013 | Bazar ertəsi
Məqaləyə 3078 dəfə baxılıb
Şriftin ölçüsü
«Şair Peyğəmbərdən nə soruşa bilər?»
Giliz kimi gəzərgi silsiləsi...
Fərid HÜSEYN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Xoşbəxt ola bilmədim»
Mehriban Ələkbərzadə: «Amma üzdə olmamağımın səbəbi bu deyil»
-
«O şairlərin heç biri yox idi»
-
«Bizi sevdiklərimiz vurur»
-
«Türkün kitabla imtahanı»
Qildensterin Hamletə deyir: Biz nə edə bilərik, milord? - Hamlet cavab verir: - Həqiqətdən başqa hər şey.
Sona qədər Hamlet ən yaxın adamları ilə “böyük bir yalan”ı yaşayır. Sonda başa düşür ki, hətta tale də yalandır, çünki onun idealı önündə tale yalandan başqa nə ola bilərdi ki? Şekspir bu düşüncə qəhrəmanını böyük ağrılar önünə çıxardır, Hamlet ona görə sarsılmır ki, yaşamla, yaşam idealı arasında dəhşətli uçurum onu həyatın içində həyatdan yuxarıda saxlayır. Şekspir bu yolla qəhrəmanını cəmiyyətdən, insandan və yamanlıqdan qoruyur. Hətta sevgi önündə də belə olur. Səhnədə kiçik şeir müqəddiməsi oxuyan aktyora baxan Ofeliya irad göstərərək deyir:
- Bu lap qısa oldu – Hamlet dərhal Ofeliya bərəsindəki gələcək “tikanlı həqiqət”ini həmin kontestə əlavə edərək deyir:
- Qadın məhəbbəti kimi.
Şekspir idealist qəhrəmanla – hamını üz-üzə qoyur və ideyanın düşüncənin qalibliyini üzə çıxarır. Hamlet Ofeliyanın atası Poloniyə deyir: “Namuslu olmaq min nəfərdən biri olmaq deməkdir”.
Şekspir əsərdəki bütün qəhrəmanlarla demək olar ki, əsas qəhrəmanla – Hamletlə üzləşdirir və qalib edir. Amma nədənsə biz Hamletin “Olum ya, ölüm?” – budur məsələ” sözlərini qabardırıq və vaxt-bivaxt xatırlayırıq. Bu sualın düşünüldüyü an, idealistin bəşəri sual qarşısında məğlubiyyət məqamıdır. Çoxları Hamleti bu bəşəri suala görə sevir. Alber Kamyu məktublarının birində yazırdı ki, “cəmiyyət gizli mazoxist”dir. Onlar alçalanları, əzilənləri sevirlər. Bu heç də fəzilətdən doğan mərhəmət hesabına başa gəlmir, onlar əzab çəkən insanla şüualtı olaraq baş qatmaq, əylənmək, vaxt öldürmək istəyirlər”. Bu məqamda biz də Hamletin məğlub olduğu məqam daha çox düşündürür. Biz “olum ya ölüm” sualı qarşısında məğlub Hamletə işıldayan gözlərimizlə heyran-heyran baxırıq. Çünki o məğlubdur... Səd əfsus...
Şair Peyğəmbərdən nə soruşa bilər?
Cübran Xəlilin “Peyğəmbər” əsərində müxtəlif insanlar peyğəmbərə suallar verirlər. Özü də bu peyğəmbər həm İsadır, həm də Məhəmməd, kəsəsi bütün dinlərin fövqündə dayanan ümumiləşmiş obrazdır. Peyğəmbərə bənna ev haqqında sual verir: “Ev nədir?”. Hüquqşünas: “Ustad, bizim qanunlar barədə nə deyərdin?” soruşur. Qoca Kahin: “Dindən danış bizə” deyir.
Bir sözlə, hamı öz peşəsi haqda ya sual verir. Növbə şairə gəlib çatır. Şair deyir: “Bizimlə gözəllikdən danış”. Şəksiz ki, bu cümlə ilə və istəklə şairin dünya üçün təyinatı bəlli olur. O heç bir peşə haqda soruşmur, çünki peşə dünyəvi məsələdir və peşə barədə biliklər insana dünyadan nəsə qoparmağa, qazanmağa kömək edir. Şairin təvəqqesi isə gözəllikdir, özü də peyğəmbərin önündə belə... C.Xəlilin bu tapıntısına bir şey demək olar: “sadəcə şedevr...”
Sənətimiz həqiqətimizdir, yoxsa həyatımız?”
Vaqif Səmədoğlu haqda olan “Şair və zaman” adlı kitabda çox adam şair haqda xoş söz yazıb. Amma görün Vaqif müəllimin həyat yoldaşı Nüşabə xanım nə yazır: “Mən bilirəm ki, dünyada sənin ən böyük həqiqətin poeziyadır, bəlkə də o sənin sürdüyün həyatın özündən də həqiqidir”.
Necə dəhşətli həqiqətdir, qadın öz həyat yoldaşının (hər şeydən əvvəl şairin) həqiqətinin (həqiqət nədir? Yəni sənin doğru bilib yaşadığın və doğru bilib seçdiyin) poeziya olduğunu vurğulayır. Yəni, şairin sevgisi də, bəzən həyatı da həqiqi (səmimi) olmaya bilər... Nüşabə xanımsa şairin elə əsl həqiqətini sevgi, güzəran yox, poeziya olduğunu qeyd edir. ...sətiraltı həm də bununla razılaşır. Nə böyük səadət, nə böyük ürək!