Millət vəkilindən təklif
«Dövlət universitetləri özəlləşdirilsin»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Gözün üstündə qaşın var deyən olmayıb»
Qüdrət Həsənquliyev: «Onlar mövqelərini bir dəqiqəyə dəyişə bilərlər»
-
Azərbaycanda dövlət universitetlərinin özəlləşdirilməsi təklif edilir. AzVision.az xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Q.Həsənquliyev qeyd edib ki, dünyada reytinqinə görə öndə duran özəl universitetlərdir: «Deməli dövlət universitetlərin özəlləşdirmək lazımdır. Təhsil kreditləri vermək lazımdır ki, həmin kreditlər hesabına imkansız adamlar gedib təhsil alsınlar. Universitetlər isə əksinə, dövlət büdcəsindən maliyyələşməsin, dövlət büdcəsinə vergi ödəsin ki, müəllimlərin əmək haqlarını artıra bilək».