vaxtlı-vaxtında oxuyun! Şənbə, 2 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
23:33 | 21 noyabr 2014 | Cümə Məqaləyə 1584 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TQDK üçün yeni bina

Qurumun binası qəzalı vəziyyətdədir

SEVİNC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) üçün yeni inzibati bina inşa olunacaq. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, qurumun Həsən Əliyev-17 ünvanında yerləşən inzibati binasında müasir tipli mətbəənin quraşdırılması ilə bağlı ilkin hazırlıq işləri görülərkən bu binanın qəzalı vəziyyətdə olduğu müəyyənləşib. Buna görə də bu ilin iyun ayından komissiyanın yeni qurğularla təchiz olunmuş mətbəəsi və texnoloji işlərlə bağlı müvafiq bölmələri Heydər Əliyev prospekti-130 ünvanında fəaliyyət göstərir.

Komissiyanın yoxlama-ölçmə materiallarının işlənməsi, elmi-metodiki istiqamətdə çalışan struktur bölmələri bu ilin oktyabr ayından etibarən Abdulvahab Salamzadə küçəsi-28 (Asiya Universitetinin binası) ünvanında fəaliyyət göstərir. Komissiyanın rəhbərliyi, informasiya təminatı, eləcə də təşkilati işləri həyata keçirən struktur bölmələri isə dekabr ayının 15-dən etibarən Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1a. ünvanında yerləşəcək. Müvafiq dövlət qurumları tərəfindən TQDK-nın inzibati binasının qəzalı durumda olduğuna dair verilən rəylər nəzərə alınaraq həmin binanın sökülməsi və yerində yeni, təşkilati, elmi-metodiki və texnoloji tədbirlərin həyata keçirilməsi baxımından müasir tələblərə cavab verən binanın inşa olunması nəzərdə tutulub. Beləliklə, yeni bina hazır olanadək komissiyanın müxtəlif strukturları yuxarıda qeyd olunmuş 3 müxtəlif binada fəaliyyət göstərəcək.

Bildirilib ki, qeyd olunanlarla əlaqədar komissiyanın öz fəaliyyətini əvvəlki kimi davam etdirməsində, o cümlədən imtahanlarla əlaqədar təşkilati, elmi-metodiki və texnoloji işlərin aparılmasında, bu prosesin təhlükəsizliyinin təmin olunmasında, dərsliklərin monitorinqinin, fənlər üzrə seminarların müəyyən olunmuş qrafik üzrə keçirilməsində və komissiyanın səlahiyyətlərinə aid olan digər məsələlərin icrasında hər hansı maneə yaranmayacaq.