«Can «Qarabağ», anan ölsün»
və ya quru-quru QURBANın olum
Nicat DAĞLAR, Aznews.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
-
36 yaşda 90 faizlik göstəricilər
Yaxud bir daha Rəşad haqda...
-
Ruhdan düşməyək
Unutmayaq ki, bu komanda səfərdə neçə-neçə uğurlar qazanıb
«Qarabağ» futbol klubunun uğurlarına sevinən çoxdur. Desək ki, indi hamı «Qarabağ» azarkeşidir, şişirtmiş olmarıq. Əvvəllər bizim ancaq «qalatasaraylı», «fənərbaxçalı», yaxud «liverpul»lu, «real»lı olmaqdan başqa çarəmiz yox idi. İndi şükür Allaha, «qarabağ»lı olmaq sevincini yaşayırıq... Daha biz Ronaldunun, Messinin vurduğu qollara möhtac deyilik. Bir şəhid oğlunun vurduğu qol bizim üçün daha təsirlidir!
Aydındır ki, tələbkar dövrümüzdə futbol klubu saxlamaq, onu ölkə çempionu səviyyəsinə qaldırmaq və nəhayət Avropanın nüfuzlu turnirində özündən deyən klublarla başabaş oyun sərgiləyən heyət formalaşdırmaq asan məsələ deyil. Bunun üçün birinci növbədə ciddi maliyyə dəstəyi lazımdır...
Mübariz heyət formalaşdırılıb, klub ölkə çempionudur və ən əsası Avroliqanın qrup mərhələsini adlamaq üzrədir... Mürəkkəb yol keçilib buna görə. Böyük zəhmət və böyük pullar sərf olunub. Amma...
***
...«Qarabağ» adi futbol klubu deyil. Niyə belə dediyimizi yəqin ki, izah etməyə ehtiyac yoxdur. Bu klub az qala diplomatiyamızın tərkib hissəsinə çevrilib və deməli, ona verilən dəstək də əldə olunmuş müvəffəqiyyətin çəkisinə uyğun olmalıdır. Amma təəssüf ki, dəstəyimiz ümumxalq «uraaaa»sından o yana keçirmir... Klubun əldə etdiyi uğurların doğurduğu «Can Qarabağ!», «Təşəkkürlər, Qarabağ!» və buna bənzər reaksiyalarla «Qarabağ» çox da uzaqlara gedə bilməz. Bunun üçün hər birimizin zərrə qədər də olsa dəstəyi lazımdır. Yüzü yüz yerdə xərcləsək də «Qarabağ»ın oyunlarına bilet almaq istəmirik. Divara dırmaşmağa, polislərlə, klubun əməkdaşları ilə davaya qalxmağa hazırıq, amma bilet almağa əlimiz gəlmir. Heç kəs düşünmək istəmir ki, verəcəyi 5-10 manat klubun hansısa probleminin həllinə sərf oluna bilər. Yox, pulsuz baxmalı və sonra da çıxıb qışqırmalıyıq ki, «Qarabağ», sən bizim qürurumuzsan!»..
...İmkansızı da belədir, imkanlısı da. Deputatlar var ki, «Qarabağ»ın oyunlarından əvvəl klub rəsmilərinin telefonunu «bombalayırlar». Pulsuz bilet istəyirlər – övladlarına, onların dostlarına, qohumlarına və onların tanışlarına... Özü də VİP yerlərdə oturmaq istəyirlər. Öldür, biri də əlini cibinə salıb özündən başqa 20 nəfərin pulunu ödəməz. Allah haqqı düz deyirəm, «Qarabağ»a bir biletin pulunu qıymayan millət vəkili, dövlət, millət və işğal olunmuş torpaqlar barədə danışarkən səmimi ola bilməz - yalan danışacaq! Qırmızı-qırımızı deyəcək ki, «Qarabağ», sən bizim qürurumuzsan!»
***
«Qarabağ» sadəcə məşq eləmək üçün hər dəfə Tofiq Bəhramov stadionuna 5 min manat icarə haqqı ödəyir... Kimsə 1 manat da olsun güzəştə getmir. İsti suyun pulunu da alırlar bu komandadan. Amma ertəsi gün həmin o «Tofiq Bəhramovda» qışqırırlar ki, «Qarabağ», sən bizim qürurumuzsan!» Bir nəfər imkanlı azərbaycanlı tapılmır ki, «Qarabağ»ın heç olmasa, hamampulunu öz boynuna götürsün... Ermənilərin belə bir komandası olsaydı, inanın, ayrıca dəstək fondu yaradardılar.
***
Sonra da deyirlər «Qarabağ» heyəti gücləndirmir, əlavə oyunçular almır. İşıqpulu, supulu, efirpulu yığanlar, stadiona «bezbilet» girənlər qoyurlar ki?.. Biri deyir, «canımsan», biri deyir, «qanımsan», o biri deyir, «adımsan»... Amma... amma heç kəs 1 manatından keçmək istəmir. Elə belə yerdə deyərlər, can «Qarabağ», can, anan ölsün...