vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
15:26 | 13 aprel 2016 | Çərşənbə Məqaləyə 3503 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dövlətin övlad olan zamanı»

Bilsinlər ki, onların daha böyük və qüdrətli bir övladları da var

İlqar RƏSUL

Məmləkət Anadır. Dövlət Ata. Anadan və Atadan - yəni Məmləkətdən və Dövlətdən ötrü canını fəda etməyə hazır olanlarsa, övladlardır. Məmləkət bütün zamanlarda Ana olaraq qalır. Ata və övladla bağlı vəziyyətsə bəzən dəyişkəndir.

Yəni elə zamanlar var ki, orada övlad Dövlət olur. Elə zamanlar da gəlir ki, Dövlət övlad olmalıdır. Bir ailənin övladı. Yaxud bir necə ailənin övladı. Lap elə yüzlərlə ailənin övladı. Hətta minlərlə ailənin. İndi həmin o dediyim zamandır. Döyüşlərdə övladı şəhid düşmüş ailələrə övlad olmaq anıdır Dövlətin. Və Dövlət mütləq övlad olmalıdır. Düzdür, tam övlad ola bilməyəcək əlbəttə. Amma cəhd etməlidir. Hara qədər mümkündürsə, ora qədər yəni. Məsələn, o ailələrə şəhid övladların əvəzindən nələrsə edə bilər Dövlət. Demirəm ki, etmir. Çünki dəqiq bilmirəm. Cəhd etdiyini görürəm əlbəttə. Amma hara qədər, onu ailələr bilər. Məncə o ailələrin o övladlardan başqa nələri yoxdursa, onları verməklə də övlad olmaq olar. Tam yox əlbəttə. Müəyyən qədər övlad...

Bilmirəm nə. Ev, torpaq, iş, həyatı nisbətən rahat edə biləcək nələrsə yəni.

O Ana ilə O Ata da bir gün diz-dizə oturub dərdləşəndə, lap elə sakitcə çay içəndə həmin o verilən nələrəsə baxıb - «bunu bizə övladımız verib» - deyərlər. Bir - birinə olmasa da, hərə öz içində özünə deyər bunu təsəlli kimi. Lap elə bir-birinə də. Lap elə qonşulara da. Lap elə hər kəsə söyləyə bilərlər hamı güvənli olsun deyə. Əgər əlbəttə ki, Dövlət övlad ola bilsə. Axı niyə də ola bilməsin. Övladlar ki, ön cəbhədə - döyüşdə birləşib Dövlət ola bildilər. Dövlət niyə arxada övlad ola bilməsin. Olar məncə. Olmalıdır məncə. Olacaq məncə. Lap heç biz bilməyək. Amma o ailələr bilsinlər. Bilsinlər ki, onların daha böyük və qüdrətli bir övladları da var. Və bu övladın adı Azərbaycan Dövlətidir....


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)