vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MÜƏLLİF  
12:12 | 11 avqust 2012 | Şənbə Məqaləyə 3416 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«London «Bayıl»ı»

Səbinə ƏVƏZQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Londonda olimpiada zamanı keçirilən kütləvi etirazları eşidəndə, yadıma Bakının “Eurovision”lu günləri düşdü. Xəbər yayılır ki, Londonda heç də hamı Olimpiya atmosferini yaşamır.Paytaxt sakinləri, hətta “Əks-Olimpiya” şəbəkəsi də yaradıblar. Etiraz edilən hadisələrin sırasında Olimpiya oyunları üçün sakinlərin və sahibkarların Londonun bir çox rayonlarından başqa yerə köçürülməsi də var. Eynilə Bakıda da Bayılda bəzi köçürülmələr edildi.

Bakı ilə London hardasa oxşar tale yaşayırlar. Belə ki, Avropanın mərkəzi hesab edilən Londonun da “Bayıl”ı və “bayıllılar” qayğısı varmış. Və indi dünyanın məşhur KİV-ləri Londondakı qayğıları gündəmə gətirir.Ya Bakı o qədər inkişaf edib və gəlib o səviyyəyə çatıb ki, Londonla eyni problemlər yaşayır, ya da günah London meriyasındadır. Lakin maraqlı hadisələrlə yadda qalmaqda Londonun meri Boris Conson bakılı həmkarını vurub keçir. O, çayın zibillərdən təmizlənməsində könüllülərə yardım edirmiş və şəxsən özü əyilib zibil götürərkən suya yıxılıb. Reportyorlar sinəsinə qədər suyun içərisində olan merin bu vəziyyətində o ki var şəklini çəkib bütün dünyaya yayıblar.
Əslində elə bütün bu hadisələrin səbəbi KİV-lərlə bağlıdır. Yəni beynəlxalq tədbirin Bakıda, Kiyevdə, Londonda, yaxud da Afrikanın hansısa 10-cu dərəcəli bir şəhərində keçirilməsinin heç fərqi yoxdur. Təki həmin zaman ora xeyli turist və əsas da media nümayəndəsi gəlsin. O zaman bütün problemlər yada düşür. Çünki ev sahibinin qonaq-qara yanında nəsə etməyəcəyini hamı bəri başdan bilir. İmkan düşmüşkən faydalanırlar.Jurnalistlərə də nədənsə həmin məkanlar və orada yaşananlar daha çox beynəlxalq tədbirlər ərəfəsində cazibəli gəlir.
Demək, söhbət həqiqətən də ortadakı problemə və həmin problemin həllinə münasibətdəndir? Əgər elə olsaydı avropalı yazarlar, şərhçilər yazdıqları məkanları yalnız beynəlxalq müsabiqələr ərəfəsində deyil, ondan xeyli-xeyli əvvəl və sonra da xatırlayardılar. Ən pisi də odur ki, müsabiqə bitən kimi də elə bil qurbağa gölünə daş atırlar. Birdən-birə bütün media maraqları, hüquq-müdafiə təşkilatlarının diqqəti əl-ayağını çəkir. 
Bəs, harada qaldı səmimiyyət? Axı, özlərini elə göstərirdilər ki, sanki bu qayğılar onların həyati amillərinə çevrilib. Elə Londonda da belə olacaq. Olimpiya oyunları yekunlaşan kimi, indi bar-bar bağırılan məsələlərin biri də dünya mətbuatının diqqətini çəkməyəcək. Nə İngiltərədə ucuz əmək qüvvəsinin istismarı, nə də ki,  Olimpiya oyunlarından külli miqdarda gəlir götürmək məqsədilə Londonun bir çox rayonlarından köçürülən sakinlər və sahibkarlar.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)