vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜƏLLİF  
12:27 | 17 avqust 2012 | Cümə Məqaləyə 3169 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bir gün rəssam emalatxanasında»

Şəbnəm KARSLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Mən üçün hər şey yeni idi. Hətta 2 yaşlı qızın divarlarda çəkdiyi “rəsmlərdə” də bir məna axtarırdım. Ruhumun titrədiyini və məntiqimi itirdiyimi anlayırdım. Dörd divarın ancaq birinin kiçik bir hissəsində olan kitab rəfi mənə özümü xatırladırdı. Şairlərlə, yazıçılarla, siyasətçilərlə, lap şou əhli ilə də bir məclisdə oturub söhbətləşmək, mövzu tapıb müzakirılər aparmaq imkanım olub. Amma bu görüş bir ilk idi.

Fərhad Yalquzaq və Leyla Altunay cütlüyünün yaşadığı və işlədiyi emalatxananı saytların birində görəndə çox təsirlənmişdim. Belə bir evdə yaşamaq, divarlara şəkillər asmaq, şerlər yazmaq istəmişdim. Amma o evə gedib çıxacağımı, emalatxana sahiblərindən dəvət alacağımı heç gözləmirdim. Dəvəti elə sevinə-sevinə qəbul etdim ki, sonra öz sevincimdən utandım da. Orda isə qonaqlıq olmadı, qonaqlığa bənzər bir şey də baş vermədi. Orada hisslərini hərflərlə və rənglərlə danışan insanların unudulmaz görüşü baş verdi. 
Bəlkə də heç kim mənim qədər təsirlənmədi o görüşdən. Nə ev sahibləri, nə rəssam qonaqlar, nə də şairlər... Amma mənim yuxuma da girdi o görüş. Görüşdən ilk çıxan da mən oldum, daha çox qalsam ruhuma qapılar və cismimə dönə bilməyəcəyimdən narahat idim. 
Mən heç vaxt rəsm sənətini anlamamışam. İrvinq Stounun “Həyat Eşqi” adlı kitabını oxuyanda on iki yaşım vardı. Yeniyetməlik illərimin ən təsirli əsərlərindən biri idi. Bu əsərin izi ilə Vinsent Van Qoqu sevmişdim və çəkdiyi rəsmlərlə tanış olamağa başladım. Əsərləri sevə bilmədim. Mən bir rəssamın ruhunu, yaşantısını, dəliliklərini, eşqini sevmişdim, yaratdıqlarını anlamadım. Ondan sonra rəsm əsərlərini anlamaq üçün müxtəlif ədəbiyyatlar oxudum, heç nə fayda vermədi. Mən bu aləmə uzaq idim. Ruhumun rəng qısırlığı var imiş! Mən ancaq ifadə edə bilirəm, ruhumun qidası sözdür. Rəssamlar isə duyğularının şəklini çəkə bilən böyük sənətkarlardır. Mən onları heç vaxt anlamayacaqdım, ama yaşantılarını, ruhlarını və hətta fırça tutan əllərini sevəcəkdim...
Rəssam əlləri. O gün həmən emalatxanada dörd rəssam vardı. Dördünün də əlləri bir-birinə bənzəyirdi, hər dörd əlin rəsmini çəkən İlahi varlıq eyni qəlibi istifadə etmişdi. 
Bu yazını rəssam Fərhad Yalquzağın “Ad günü” adlı şerlər kitabını bitirdiyim an yazmağa başladım. Mən ilk dəfə idi ki, şerin şəklini görürdüm. Hər sözün öz rəngini, hər mənanın öz çalarını oxuyurdum. Bu əsl şer rəsmləri idi, görüntülü, rəngli, bəzən ağ-qara...

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)