«Papa bilir, amma gizlədir...»
WikiLeaks-dən yadplanetlilərlə bağlı şok sənəd
Samir QULİYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Avropa - Karl(son)lar məskəni
Astrid Linqdrenin «krışa»da yaşayan qəhrəmanının müasirləri cinayətkarları qorxuzmaqla yox, əksinə onlara «krışa»lıqla məşğuldur
-
BP prezidentini zəhərləyiblər
Qanında zəhər tapılan və həbsinə hazırlıq getdiyini öyrənən Dadli Rusiyadan qaçıb
-
Assancdan kilsəyə ittiham
WikiLeaks-in yaradıcısı katoliklərin dini qurumunu casusluqda günahlandırdı
-
WikiLeaks-in bugünlərdə açıqladığı rəsmi yazışmaların arasında keçmiş astronavt Edqar Mitçellin senator, Hillari Klintonun seçki qərərgahının rəhbəri Con Podestaya yazdığı məktub da var.
AzVision.az xəbər verir ki, «Apollon-14» gəmisinin astronavtı, Aya ayaq basmış altıncı adam kimi tarixdə qalan Edqar Mitçell bu ilin fevralında dünyasını dəyişib, WikiLeaks-in açıqladığı məktub isə 2014-cü ilin oktyabrın 1-də yazılıb.
Məktubda astronavt Mitçell senator Podesta ilə Yerdən kənar sivilizasiyalar mövzusunu müzakirə edir. Mitçell senatora yazır ki, Arozinada Vatikanın xüsusi rəsədxanası var və orada güclü astronomlar çalışırlar. Onlar Papa Frensislə də görüşüblər. Bu astronomlar yadplanetlilərin mövcudluğunu və sülhsevər olduğunu Papaya danışıblar.
Edqar Mitçell iddia edir ki, kənar
sivilizasiyanın təmsilçiləri tau-neytrinoların və «sıfır nöqtə enerjisi»nin
sirrini Yerə ötürmək istəyirlər. Bu, ekoloji cəhətdən təmiz, qeyri-məhdud
enerji almaq imkanı yaradır.
Mitçellə görə, sülhsevər kənar sivilizasiyanı narahat edən məsələ insanların
müharibəyə meyilli olmasıdır. O, məktubda bu məsələləri senatorla şəxsən
müzakirə etmək istədiyini vurğulayıb.