«Gördüm avamdır, mən də aldatdım»
Aeroportda gömrük əməkdaşları ilə qızıl alverçilərinin «iş birliyi»
İnarə RAFİQQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qaz gəlirləri 4 dəfə artıb
Gömrük Komitəsi hesabat yaydı
-
Gömrük ona həvalə olundu
Şahin Bağırov DGK sədrinin vəzifənin müvəqqəti icra edəcək
-
... İlk ikisi üçün bilikdən çox həyasızlıq lazımdır
Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
-
Səfər Mehdiyevi vəzifəsindən azad edildi
Prezident Dövlət Gömrük Komitəsinin sədri ilə bağlı sərəncam verdi
-
Külli miqdarda rüşvət alma ...
DTX Gömrük Komitəsində vəzifəli şəxslərin həbsi ilə bağlı rəsmi məlumat yayıb
-
İxrac 3 milyard dollar artıb
Ötən ay Azərbaycanda qaz gəlirləri neft gəlirlərini ötüb
-
Qazanc 803 faiz çoxdur
Yanvarda Azərbaycan qazını 500 dollara yaxın qiymətə ixrac edib
-
Hər şeyini itirdi ...
Evlər, mülklər, torpaq sahələri, bahalı avtomobillər və s ...
-
“Jurnalistlərə qıcıq oluram”
Məşhur hakim təqaüdə göndərildi
-
Məhkəməyə məcburi gətirildi
Oğlu adam öldürən və qanı batırmaq istəyən toyxana sahibi axır ki, danışdı...
-
Şantaj, yoxsa şərlənmə?
Sayt rəhbəri qaynina hədə-qorxu gəlib
-
“Məni ancaq sən çıxara bilərsən”
Həbsdə olan icra məmuru aldatdığı qadınla barışdı: “Biz düşmən deyilik”
-
Rusiyadan təhlükə var
Çiçək xəstəli yayılıb
-
“Şeraton” görüşündə şəffaflıq istəyi
Gömrük Komitəsinin şəxsləri ilə iş adamları nələri müzakirə etdilər?
-
“Heç kimi tutdurmaq niyyətim yoxdur”
Şikayətçi məhkəmədən vaxt istədi
-
«Məni çölün düzündə öldürmək istəyirmiş...»
Nağaraxana kəndindən başlayan Az.TV sədri Arif Alışanova sui-qəsd əhvalatı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qanunsuz yolla qızıl-zinət əşyaları keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov, Türkmənistan vətəndaşı Amanmuhammed Bayliyev və qızıl alverçisi Ziyafət Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, DGK-nın inspektoru Neman Abbasov qabaqcadan bir qrup şəxslə əlbir olaraq ümumi dəyəri 285 min 585 manat olan qızıl-zinət əşyalarını 17 aprel 2016-cı ildə qanunsuz yolla Hava Limanından keçirməyə cəhd edib. Belə ki, Neman Abbasov qızıl alverçisi Ziyafət Qurbanovadan qızılları təyyarəyə keçirmək üçün 2200 dollar rüşvət alıb. N.Abbasov digərləri ilə əlbir olaraq qızılları qanunsuz yolla hava limanı binasından keçirərək tualetdə Türkmənistan vətəndaşına vermək istəyib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) və 206 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslərdən Neman Abbasov və Amanmuhammed Bayliyev barəsidnə həbs qətimkan tədbiri, digər təqsirləndirilən barsəində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
«Gördüm qanundan başı çıxmır, mən də aldatdım»
Təqsirləndirilən şəxs qismində dindirilən DGK-nın sabiq inspektoru Neman Abbasov ifadəsində ehtiyacı olduğu üçün belə bir addım atdığını göstərib: «Növbə rəisimiz Adil Kazımov mənə dedi ki, hava limanına Ziyafət Qurbanova adlı bir xanım gələcək, onun 1 kiloqram qızılını rəsmi qaydada keçirməsinə köməklik göstər. Həmin xanım gəldi, baxdım ki, qanundan başı çıxmır, ona görə də dedim ki, qızılları aparmaq üçün 2200 dollar dövlət rüsumu ödənməlidir. O da razılaşdı. Nə Aytəkinin, nə də digər əməkdaşların bundan xəbəri olmayıb. Malları terminala verdim. Aytəkindən xahiş etdim ki, çantanı içəri keçirsin. O heç çantanın içərisində nə olduğunu bilmirdi. Sonra Muxtara dedim ki, orada dursun, nəsə olsa xəbər versin».
N.Abbasov istintaqa verdiyi ifadəsini təsdiq etməyib. O, tərəflərin suallarını cavablandırarkən deyib ki, həmin malların dövlət rüsumu yoxdur, rüsum adı ilə Ziyafət Qurbanovadan pul alıb: «Mən o pulu rüşvət adı ilə almamışam, gizli keçirəcəyimi deməmişəm. Nə Muxtarla, nə Aytəkinlə, nə də Adil müəllimlə aramızda razılaşma olmayıb. Hadisə baş verən gün növbə rəisi Şahin müəllimin qızının toyu idi».
«Aramızda pul sövdələşməsi olmayıb»
Təqsirləndirilən şəxs qismində dindirilən Adil Kazımov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İstintaqa verdiyi ifadəsini təsdiq etməyib. Bildirib ki, rəhbərlikdən onlara işin idarədə bağlanacağını bildiriblər: «Ziyafət Qurbanova mənə zəng eləyib Türkmənistandan qonaqları gəldiyini, özləri ilə 48 min dollar gətirdiklərini və qızıl alıb aparacaqlarını dedi. Əlavə etdi ki, aprelin 17-də geri qayıdacaqlar. Dedim ki, xarici vətəndaş ölkəyə gətirdiyi valyuta dəyərində qızıl alıb apara bilər. Bunun üçün gətirdiyi pulun bəyannaməsi və aldıqları qızılların «çeki» lazımdır. Həmin gün mən növbədə deyildim. Ona görə də Nemanın əlaqə nömrəsini verdim. Nemanın özünə də zəng vurub xahiş etdim ki, baxsınlar, müvafiq sənədlər varsa buraxsınlar. Nemanla aramızda pul sövdələşməsi olmayıb. Axşam Şahin müəllimin qızının toyunda olarkən Neman dedi ki, qızıllar saxlanılıb. Toydan çıxıb hava limanına gəldik. Amma içkili olduğuma görə maşından düşmədim. Bir daha deyirəm ki, Ziyafət xanım mənə qeyri-rəsmi iş üçün müraciət etməyib. Aytəkinlə Muxtarın da bu işdə iştiraklarından xəbərim olmayıb».
Dövlət ittihamçısının «48 min dollar müqabilində 285 min manatlıq qızıl çıxarmaq olardımı»sualına A.Kazımov «48 min dollar gətiribsə, o qədər qızıl apara bilər» deyib.
«1 kilodan çox qızıl var idi»
Təqsirləndirilən şəxs qismində «Moskva» univermağında qızıl mağazası olan Ziyafət Qurbanova ifadə verib. O, bu işi əvvəlcədən planlaşdırmadığını və Neman Abbasov tərəfindən aldadıldığını deyib: «Uzun müddət idi ki, işləmirdim. Aman zəng vurub dedi ki, qızıl alıb aparmaq istəyir. Mən də Adil müəllimi bir dəfə aeroportda olanda görmüşdüm. Məndə nömrəsi var idi. Zəng vurub xahiş etdim ki, Türkmənistandan qohumlarımız gəlib, gedəndə qızıl alacaqlar. Ondan qızılları qanuni yolla necə keçirə biləcəyimizi soruşdum. Məni başa saldı, dedim ki, mal hardasa 1 kilodan çoxdur. Dedi narahat olma, gələrsən, yola salarıq. Həmin gün Adil müəllim növbədə olmadığına görə Nemanla əlaqə saxlamağı tapşırdı. Hava limanına gəlib Nemana zəng vurub görüşdüm. Malları verəndə rüsum ödəmək lazım olduğunu dedi. Adil müəllimə zəng vurub soruşmaq istədim, zəng çatmadı. Məcbur olub pulu verdim. Mənə dedi ki, Adil müəllimin bunlardan xəbəri var. Mən də dediklərinə inandım. Dedi, yoxlamadan keçirəcək, sənədləri gətirəcək».
«Qızılları niyə tualetdə təhvil verirdiniz?»
Təqsirləndirilən DGK əməkdaşı Aytəkin Tağıyeva ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib: «Nemanla iş yoldaşıyıq. Gecə növbəsində idim. Neman xahiş etdi ki, çantanı qonaqlarına verim. Çantada nə olduğunu bilmirdim. Dedi ki, içində şəxsi əşyalar var. Mən də aparıb verdim. Səhvim çantanın içərisinə baxmamağım olub. Nemanın mənə qarşı belə bir hərəkət edə biləcəyini düşünmürdüm».
Dövlət ittihamçısının «qızılları niyə tualetdə təhvil verirdiniz»sualına o, «əlimi yumaq üçün ora gedirdim. Tez görüşə bilək deyə ora gəlməyini istədim» cavabını verib.
Təqsirləndirilən şəxs qismində dindirilən DGK əməkdaşı Muxtar Qasımov da ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, iş yoldaşı olmuş Nemanın xahişi ilə Türkmənistan vətəndaşlarının gedişi ilə maraqlandığını, problem olub-olmamasına baxdığını deyib.
«Dedi, narahat olma, özüm həll edəcəyəm»
Türmənistan vətəndaşı Amanmuhammed Dubay və Türkiyədən qızıl alveri etdiyini deyib: «Hansı ölkədən qızıl almışamsa, «çeki» olub. Mən belə işlə məşğul olmamışam. Bakıya gələndə 48 min dollarım var idi. Ziyafət Qurbanovadan da qızıl aldım. Pulu ona verdim. Dedi ki, narahat olma, özüm həll edəcəm. Bilsəydim razılaşmazdım».
Məhkəmə prosesi noyabrın 3-də şahidlərin ifadə verməsi ilə davam etdiriləcək.