vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
19:13 | 14 oktyabr 2016 | Cümə Məqaləyə 3525 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bobun Nobeli

Hamınız Bob olun! Onda danışarıq!!!

Afət TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gündür ki, Nobel aranı qarışdırıb. Hər kəs, hər yerdə ondan danışır, onu müzakirə edir. Nobelin ölümündən sonra qalmış kapitalla təsis edilən mükafat hər il təqdim olunanda və qaliblər bəlli olanda əksəriyyətin beyninin sağ yarımkürəsini bir sual qurcalayır. Axı niyə azərbaycanlılardan kimsə Nobelə layiq bilinmir? Bu sualı “Axı o əjdahadan niyə bizdə yoxdur?” sualına oxşatsaq, bundan sonra gələn cavab da o olacaq ki sənə əjdaha lazımdır? Bəli bizə əjdaha lazımdır. Bizə Nobelı alacaq azərbaycanlı lazımdır. Kapitalını Azərbaycan nefti ilə zənginləşdirən Nobel qardaşlarının da ruhu yəqin ki o zaman şad olardı ki Azərbaycandan da kimsə Nobel alsın.

115 ildir ki, Nobel mükafatı verilir. 1 əsrdən çoxdur ki, Azərbaycan Nobel gətirəcək sakinini gözləyir. Amma Nobel qardaşlarının ruhunu şad edəcək bir kimsə tapılmır ki tapılmır. Nəticədə gücümüz başqasının pulunu, Nobelini saymağa çatır. İndi də yazıq Bob hədəf seçilib. Özü ona yazıq dediyimi eşitsəydi yəqin narazı qalardı. Yazıq mənim düşmənim olsun deyərdi. Bir tərəfdən də ki niyə yazıq olur e. Kişi məşhuri cahan oldu. Ədəbiyyat üzrə Nobelin sahibi oldu. Alacağı mükafatın məbləğindən isə danışmaq istəmirəm. Bu da başqasının pulunu saymaqla aramın olmadığından irəli gəlir. Əl qərəz. Başlayıblar ki, musiqiçi Bob Dilan hara Nobel hara? Ay başınıza firlanım. Bizdən hansı musiqiçi el arasında da manıs deyilən hansı Allah bəndəsi Nobel almaq qabiliyyətində oldu ki? Nobel qardaşlarının ruhu da ona mane olsun. Bəlkə Niyaməddin müəllim, ya Baloğlan müəllim ala bildi Nobeli ona Nobelı verən olmadı? Elə bilməyin ha adlarını çəkdiklərimlə qəsdi-qərəzliyim var. Ay tövbə. Sadəcə ikisi Bobla həmyaşıd olduqlarından, öz «kruqların»da Bob qədər məşhur olduqlarından onların adın çəkdim.

Azərbaycandakı müğənnilərinsə sayı-hesabı yoxdur. Sözüm onların hər birinə aiddir. Oğlum sənə deyirəm kürəkənim sən eşit. Odur ki, çox hay- küy etməyin.

Səs salmayın ki, niyə musiqiçi Boba Nobel verirlər, bizim musiqiçilərə yox. Nobellərin də ruhunu narahat etməyin səsiniz, narazılığınızla.

Müğənnilərimiz, hamınız Bob olun! Onda danışarıq!!!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)