
“Heç kim bundan artıq layiq deyil”
Tramp Nobel Sülh Mükafatına namizəd göstəriləcək
Tramp Nobel Sülh Mükafatına namizəd göstəriləcək
«Telomer effekti: daha gənc, daha sağlam və daha uzun ömrə inqilabi yanaşma»
Nobel mükafatı almış əfsanəvi rok ulduzu Bob Dilanın özünü Şekspirlə müqayisə etdi
Bob Dilan axır ki, dilləndi: «Belə bir şey kimin yuxusuna girərdi?»
«Haqlarımıza qovuşmayınca sazımın telləri bağıracaq»
Bob Dilan İsveç Akademiyasından edilən israrlı telefon zənglərinə cavab vermir
İsveç Akademiyası Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb
Hamınız Bob olun! Onda danışarıq!!!
«Balayan, Kaputikyan, Aqanbekyanla onun arasında heç bir fərqin olmadığını desək...»
«...sizi ya yox edər, ya yumora çevirər.» Özkan Şahin
«...sizi ya yox edər, ya yumora çevirər.» Özkan Şahin
Bu il ədəbiyyat üzrə Nobel mükafatına sahiblənməklə bütün dünyanı təəccübləndirən məşhur musiqiçi Bob Dilan ilk dəfə olaraq ictimaiyyətə açıqlama verib. Moderator.az xarici mediaya istinadən xəbər verir ki, 13 oktyabr tarixində nüfuzlu mükafata layiq görülən Bob Dilanla Nobel Komissiyasının üzvləri heç cür əlaqə yarada bilmirdilər.
Hətta komissiya üzvlərindən biri buna hiddətini də bildirmişdi. Fərziyyələrə görə, Bob Dilanın mükafatdan imtina edəcəyi də gözlənilirdi. Qocaman musiqiçi açıqlamasında Nobel mükafatını qəbul etdiyini bildirib. Bununla da o, mükafatdan imtina məsələsinə birdəfəlik aydınlıq gətirib. Lakin o, 10 dekabr tarixində keçiriləcək mükafatın ənənəvi təqdimat mərasimi haqqında heç nə deməyib.
Qeyd edək ki, Bob Dilan Nobel mükafatını qazanandan sonra iki dəfə böyük konsert versə də, bu barədə bir cümlə də səsləndirməyib.