Merz hökumətində siyasi böhran
Almaniyada erkən seçki çağırışları güclənir
12:12 | 13 aprel 2025 | Bazar
Məqaləyə 237 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
13 aprel böyük alman yazıçısı, rəssamı, mütəfəkkir Nobel mükafatı laureatı Günter Qrassın anım günüdür. Onun ömrünün sonuna yaxın yazdığı “Yaddaşın soğanağı” romanı şedevrdir. İllər keçdikcə bu əsər aktuallığını itirmir. Əsər nədən bəhs edir? Əsər iki sualın cavabının axtarışına həsr olunub. Onlardan birincisi yazıçını bütün yaradıcılığı boyu izləmiş, onun bütün kitablarında öz əksini tapmış və hal-hazırda da aktuallığını saxlamışdır. Dünyaya böyük maarifçilər və humanistlər vermiş, ən yaxşı hesab olunan klassik məktəb təhsili və pedaqogika sistemini yaratmış Almaniya, ideyaları bu günün özündə də gənc almanlar arasında tərəfdar tapmaqda olan nasional-sosializmə necə yuvarlanmışdır?!
Əsərdə qoyulan ikinci sual daha maraqlıdır. Əyalətdə yaşayan xırda dükançı ailəsində doğulmuş, ətrafdakıları öz qeyri-adi qabiliyyəti ilə heyrətləndirməyən, zəif oxuyan, sinifdə qalan, hətta məktəbdən xaric olunan, müharibənin maneçiliyi ucbatından hətta kamal attestatı ala bilməyən adi danışıqlı yeniyetmənin həyatını, taleyini döndərən nə olmuşdur? İlk baxışdan meşşan təbiətli, intellektual səviyyəsi ilə fərqlənməyən ətrafdakı adamlar, müharibə illərinin və müharibədən sonrakı dövrün çətinlikləri onun sənətkar və yazıçı olmasına maneçilik törədirdi. Lakin axı, nə isə və yaxud kim isə onu incəsənətə meylə sövq etmiş, onda yaradıcılıq qığılcımı, vətəndaşlıq hissi formalaşdırmışdı? Axı özünügerçəkləşdirmədən ötrü lazım olan enerji haradansa peyda olmuşdur?! Qrassın “Bütün mənə həyat dərsi demişlərə həsr olunur” sözləri ilə başlayan “Yaddaşın soğanağı” kitabında yazıçı bu məsələlər üzərində düşünür.
Yaradıcılıq və istedad nişanələrini ya məktəb, ya kitabxana, ya da ağıllı insanlar oyatmalıdır.
Təəssüflər olsun ki, roman dilimizə tərcümə olunmayıb.