vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
PROBLEM  
18:17 | 1 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1887 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Soyuqdan donan ağ ayı

Günün lətifəsi

Bakıda havaların kəskin soyumasına baxmayaraq, «Azəriqaz» İstehsalat Birliyinin hələ də yay rejimində çalışması, əhaliyə verilən qazın təzyiqini artırmaması cəmiyyətdə etirazlarla qarşılandı. Məsləyə hətta bəzi millət vəkilləri və ictimai xadimlər də reaksiya verdi. Cəmiyyət SOCAR-ın Gürcüstandakı erməni kilsəsinə qaz verib, Azərbaycandakı əhalini soyuqdan dondurmasına, o cümlədən adıçəkilən qurumun rəhbəri Rövnəq Abdullayevin qazın təzyiqinin aşağı olması ilə bağlı ona ünvanlanan suala «camaat qazın «xod»unu almaq əvəzinə, pəncərələri açır» kimi açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Hətta deyərdik ki, ictimaiyyət buna istehza ilə yanaşdı.

Mətbuatın davamlı olaraq qabartdığı məsələnin aktuallığını nəzərə alaraq, gündəmlə səsləşən bir lətifəni oxucuların diqqətinə çatdırırıq.


Bir gün balaca şimal ayısı atasının yanına gəlir:

- Ata, mən doğrudan şimal ayısıyam.

- Əlbəttə.

- Allah, Allah, - deyib gedir.

Balaca sonra o biri otaqda anasının yanına gedir:

- Ana, mən doğrudan qütb ayısıyam? Bəlkə sən atama xəyanət....

- O nə sözdür? Sus! Atan eşitsə ikimizi də öldürər. Əlbəttə şimal ayısısan və atanın oğlusan.

- Allah, Allah.

Balaca yenə atasının yanına qayıdır:

- Ata, bəlkə, körpəlikdə siz məni övladlığa götürmüsün...?

- Yenə nə gic-gic danışırsan. Sən ağ ayısan və bizim oğlumuzsan.

- Yaxşı bəs onda mənə niyə soyuqdur? Donuram axı...