QatillƏR, Yoxsa…?
Problem o zaman qapanacaq ki, ...
Lalə NÜRƏDDİNQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müəllim arvadını günlərlə it damında saxlayıb
Gəlin qayınatanı, qayınları çimizdirməlidir
-
«Çarə ancaq ölümdəmi?»
-
Qəbələdə 3 uşaq 25 yaşlı Səbinəninın əri tərəfindən amansızcasına qətli nə qədər faciəli olsa da ,artıq bu cür xəbərlərə cəmiyyətdə soyuqluq, biganəlik hiss olunur. Necə deyərlər, daha şok olmuruq. Uzaq başı, «yazıq gəlin» deyib kifayətlənirik. Acəba, nədən? Səbəbi heç də uzaqda axtarmayın! Günah elə yazıq gününə qalan cəmiyyətimizdə, onun dərin kök salmış adət-ənənərindədir. Nə vaxta kimi qadına şiddətə cəmiyyət birmənali şəkildə təpki verilməyəcək kişi «qurbanına» çevrilən Səbinələrin də sayı durmadan artacaq. Nə vaxta qədər ki, qızlar kəkil çıxardan kimi ərə veriləcək olacağı bu.
Problemin kökü təkcə qadına münasibətdə deyil. Bəla həm də qızlarımıza verilən tərbiyə metodundadır. Xüsusən qızların kənd yerlərində 16 yaşlarına çatan kimi ər axtarışına çıxmalarında, valideynlərin onların şəxsiyyət kimi formalaşmağa macal tapmamış ər evinə yola salmağındadır. Kişinin ailədə dominantlıq etməsi, bəzən bunu qol zoru ilə nümayiş etdirməsi durduqca olacaqlar bu. Qadınlar kişidən asılı olduğunu zənn etdikcə, onlar bax, belə əzilməkdə davam edəcəklər... Eldən ayıbdır deyibən ərinin şillə-təpiyi altında yanıb-yanıb kül olacaq ,o zaman sıraları belə artacaq. Qürurunu, şəxsiyyətini, gələcəyini beşpara etməzlərə qurban etdikcə bədbəxtlikləri bitmədikcə, bitməyəcək. Amma bu problemin sağlam cəmiyyəti bitirəcəyi dəqiqdir.
Son olaylar bir daha isbatladı ki, bizim 21-ci əsrdə dünyaya inteqrasiya hədəfimiz pafosdan başqa bir şey deyil. Qurban olum, hansı irəliləyişlə dünyaya qanad açırıq? Evimizdə bir xanıma sahib çıxa bilmiriksə, uşaqlarımızın anasını qanına qəltan edib, övladlarımızı dəhşətli psixoloji travmalara məruz qoyuruqsa, dünya bir yana sabaha hansı ümidlə baxırıq? Xəstə ruhlu bir cəmiyyət axı Avropanın, Qərbin nəyinə lazımdır? Bir azdan oralarda da çadralı qadın görüb yanından qaçdıqları kimi, bizdən birini görən kimi də “Sən Allah, bizdən uzaq gəz!” deyib yollarını dəyişəcəklər.
Dəyişmək demiş, qadına münasibəti dəyişməkdə hamımız həmrəy olmalıyıq. Çünki problem o zaman qapanacaq ki, qadın təkbaşına ayaq üstündə dayanmaqdan qorxmayacaq. Şəxsiyyətinin tapdalanmasına göz yummayacaq, hüququnu biləcək. Başa düşəcək ki, kişi olub adam olmayandan heç vaxt ər də olmayacaq. Qadınlar bunu dərk edərsə, o zaman bədbəxt Səbinələrimizin sayı azalar. Bəlkə heç olmaz da..