Lələtəpədə Bayraq Günü
Bayramın işğaldan azad olunan torpaqlarda qeyd olunmasının xüsusi önəmi var
Vaxt.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bayraq – öz yurduma öz hakimliyim!
9 Noyabr Dövlət Bayrağı Günüdür
-
“Münaqişənin həllinin çərçivələri aydındır”
Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?
-
«İctimaiyyət danışıqlardan ciddi heç nə gözləmirsə, ...»
Tofiq Zülfüqarov: «... Deməli gec və ya tez digər hallar meydana gələcək»
-
AB-nin Sərkisyandan Azərbaycan tələbi
Qurum Ermənistanın hakim partiyasını ərazi bütövlüyümüzü tanımağa çağırdı
-
«Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır»
İlham Əliyev: «XXI əsrdə təcavüzkar separatizm qəbul edilə bilməz»
-
Qarabağa gedən 4 Türkiyə vətəndaşına cinayət işi açılıb
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu axtarışa verilib
-
Türkiyə mətbuatı xəyanətkarlara qarşı
Qardaş ölkə nəşrləri işğal altında olan Azərbaycan torpaqlarına səfər edənlərdən yazdı
-
«Xocalı qətliamı necə gerçəkləşdi?»
Türkiyə mediası soyqırımla yanaşı, işğaldan azad olunan ərazilərə qayıdış və belaruslu bloqqerin ekstradisiyasından da bəhs edib
-
Ürəyimizdə dağa dönən Lələ Təpə
Heç bir filmdə görmədiyiniz, kitablarda oxumadığınız müharibə həqiqətləri haqda döyüş yazısı...
-
«Qarabağ» buzunun hərarəti
2016-ci ilin yekunları və 2017-cı ildəki perspektivlər
-
Qarabağ problemi 2017-ci ilə necə ötürülür?
ABŞ həmsədrini dəyişir, Rusiya Ermənistanla birgə ordu yaradır, işğal isə davam edir
-
Lələtəpədən verilən ismarıclar...
«Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin»
-
«Lələtəpədə gördüm ki, …»
İlham Əliyev: «Bu gün düşmənin istənilən hədəfini məhv etməyə qadirik»
-
Lələtəpə və Talış yüksəkliklərinin əhəmiyyəti nədir?
Hərbi ekspert: «Bu yüksəkliklər ordumuza imkan verir ki, bir neçə saata ...»
-
«Canfəşanlıq yoxdur»
«Nə iqtidar, nə də müxalifətçi namizədlərin səsi gəlir»
-
9 Noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günü ərəfəsində müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Silahlı Qüvvələrdə «Bayrağım - varlığım, bəxtiyarlığım» devizi altında hərbi vətənpərvərlik həftəsinə start verilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həftə ərzində Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də cəbhəyanı rayonların icra orqanları ilə birlikdə silsilə tədbirlər həyata keçiriləcək. Açıq səma altında Azərbaycanın tarixi bayraqları sərgisi təşkil olunacaq, bayraq haqqında şeir, mahnı və marş müsabiqələri keçiriləcək, şair və yazıçıların iştirakı ilə «Azərbaycan ədəbiyyatında bayraq» mövzusunda ədəbi-bədii gecə, «Heydər Əliyev və Azərbaycan bayrağı» mövzusunda dəyirmi masa, aprel döyüşləri zamanı işğaldan azad edilmiş Bayraqtəpə və Lələtəpə zirvələrinə bayraq yürüşü təşkil olunacaq.
Tədbirlərə övladlarının cənazələri üzərinə sərilmiş bayraqlarla gələn şəhid valideynləri və Azərbaycan Bayrağı ordeni ilə təltif olunan döyüşçülər ilə görüşlər və sair daxildir.
İlk tədbir Müdafiə Nazirliyi və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tərtər rayon Bayraq meydanında keçirilən möhtəşəm tədbiri layihə müəllifi polkovnik Abdulla Qurbani açaraq Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının və müstəqilliyinin müqəddəs rəmzlərindən olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verib, bu bayrağın yenidən qaldırılması üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin sayəsində Naxçıvanda ilk dəfə olaraq Muxtar Respublikanın bayrağı kimi qəbul olunan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında geniş söhbət açılıb və möhtərəm prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bu bayrağın tezliklə Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarda dalğalanacağına əminlik bildirilib.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov belə bir şərəfli və qürurverici tədbirin məhz Tərtər rayonunda keçirilməsinə göstəriş verən Müdafiə Nazirliyinin rəhbərliyinə bütün tərtərlilərin minnətdarlığını bildirib və bu bayrağın etibarlı əldə olduğunu və ordu ilə xalqın bu bayraq altında Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını vurğulayıb.
Aprel döyüşlərinin qəhrəmanlarından olan polkovnik Polad Həşimov, kapitan Mirdaməd Bağıyev, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Valeh Rəcəbov, polkovnik-leytenant Vüqar Şıxlınski, şəhər gəncləri adından Ülviyyə İsmayıllı və başqaları çıxış edərək Azərbaycan bayrağının müqəddəsliyindən və bu bayraq uğrunda hər bir əmrə müntəzir olduqlarından danışıblar.
Gəncə qarnizonu zabitlər evinin bədii təşviqat qrupu və «N» hərbi hissəsinin hərbi orkestrinin ifasında bayraq haqqında marşlar və mahnılar təqdim edilib. Yüzdən çox bayrağın nümayiş etdirildiyi açıq səma altında Azərbaycan bayraqları sərgisində Midiya dövründən başlayaraq bu günümüzədək bayraqlar nümayiş etdirilib. Yüzlərlə tamaşaçı Atabəylər, Səfəvilər, Hülakilər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Avşarlar, eləcə də, Azərbaycan xanlıqlarının: Gəncə, Bakı, İrəvan, Qarabağ, Şəki və s. bayraqlarına böyük maraqla tamaşa ediblər.
Sərgidə Xalq Cümhuriyyətinin Gəncədə qəbul edilən ilk bayrağından 1991-ci ildə qəbul edilən müasir üçrəngli bayrağınadək 9 bayraq nümunəsi, 77, 223, 402, 416-cı milli atıcı diviziyalarının və 1945-cilin mayında reyxstaqda dalğalanan qələbə bayrağı nümayiş olunub. Müasir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi döyüş bayraqları və ilk hərbi paradda Azadlıq meydanında təqdim olunan Azərbaycan Xalq Cümhuriyyətinin döyüş bayrağı tamaşaçılarda böyük maraq oyadıb.
Tərtərlilər və bölgənin müdafiəsində mətin dayanan Vətən oğulları qələbə bayrağımızın tezliklə cənnət Qarabağımızda dalğalanacağı əminliyi ilə tədbirdən ayrılıblar.
Silahlı Qüvvələrdə bayraq gününə həsr olunmuş hərbi vətənpərvərlik həftəsi davam edir.