vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AVROPA  
21:56 | 8 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 861 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şərhlərdə irqçilik çalarları var»

Şahzadə Harri mətbuatı sevgilisini təhqir etməkdə günahlandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Şahzadə Harri amerikalı aktrisa Meqan Marklinin onun sevgilisi olduğunu təsdiq edib. O həm də medianı aktrisanı «təhqir etməkdə» günahlandırıb.

Şahzadə nadir hallarda «uydurma hekayələrlə» bağlı rəsmi tədbir gördüyünü, ancaq ötən həftə «həddin aşıldığını» bildirib.

Son günlər qəzetlər 35 yaşlı aktrisa, «Suits» televiziya dramındakı Raçel Zeyn rolu ilə tanınan Meqan Markl barədə xəbərləri ön səhifələrinə çıxarıblar.

Şahzadənin kommunikasiya katibinin yaydığı açıqlamada deyilir ki, məsələ ilə bağlı şərhlərdə irqçilik və seksizm çalarları sezilib.

«Onun anası öz giriş qapısına yaxınlaşa bilmək üçün fotoqraflarla mübarizə aparmalı olub. Reportyorlar və fotoqraflar qanunsuz olaraq onun evinə girməyə cəhd ediblər. Polisə zəng vurulub. Qəzetlər xanımın keçmiş sevgilisinə iri həcmdə rüşvət təklif ediblər. Onun az qala bütün dostlarını, iş yoldaşlarını, yaxınlarını narahat ediblər», - açıqlamada deyilir.

Medianın onun anası, Uels şahzadəsi Diananın da həyatına müdaxilə etdiyini bilən 32 yaşlı şahzadənin mətbuatla münasibətləri əvvəldən yaxşı olmayıb.