vaxtlı-vaxtında oxuyun! Cümə, 27 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SAHİBKARLIQ  
09:25 | 10 noyabr 2016 | Cümə axşamı Məqaləyə 937 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda yeni aviaşirkət yaradıldı

«Silk Way East Airlines» kargo xidməti göstərəcək

Azərbaycanın «Silk Way Group» holdinqi kargo xidmətləri məqsədi ilə «Silk Way East Airlines» adlı şirkətini yaradıb. Yeni şirkətin rəhbəri sözügedən holdinqin prezidenti Sənan Axundovdur. «Silk Way East Airlines»ın gələcək strategiyası hələ ki, məlum deyil.

Məlumatda deyilir ki, qlobal bazarda enerji qiymətləri azaldıqca «Silk Way Group» bu sahədə imkanlarını daha da şaxələndirmək niyyətindədir. Hazırda Moskva-Karaqanda-Honq-Konq istiqamətində uçuşlar yerinə yetirən «Air Bridge Cargo» aviaşirkətinin böyüməsi Azərbaycanın yükdaşıma şirkətinə stimul verə bilər. 

Qeyd edək ki, «Silk Way Group», həm də «Silk Way West Airlines» MMC-nin təsisçisidir. Bu şirkət istismar sertifikatını 2012-ci ildə alıb. Onun aviaparkı üç ədəd «Boeing 747-400F» və iki ədəd «Boeing 767-300F» tipli hava gəmilərindən ibarətdir. 

Ötən il «Silk Way West Airlines» müntəzəm uçuşların həyata keçirilmədiyi Əfqanıstan və İraq kimi bölgələrə aviareyslər yerinə yetirib. Şirkət gündəlik olaraq dövlət və qeyri-dövlət təşkilatları ilə kompleks sifarişlərin yerinə yetirilməsi üzrə əməkdaşlıq edir. («Report»)