«Bu gəncliklə gələcəyə ümidlə baxırıq»
Əli Həsənov: «Hazırda vətənpərvər nəsil yetişib»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
““Lider”in eyforiyası”
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
“Yalan və saxtadır!”
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
-
Əli Həsənov üçün xüsusi tarix - 10 MART
Prezidentin köməkçisi 59 yaşını tamamladı
-
“Məişət zəminində yaşanan hər hansı insident...”
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
-
Prezidentin köməkçisindən çağırış
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
-
“Son 15 il tarixi uğurlarla yadda qalıb”
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
-
Tarixin ən vacib mərhələsində siyasət meydanına çıxan şəxsiyyət
“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib
-
“Dini etiqad hər kəsin şəxsi işidir”
Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
-
“Özünü Avropadakı “iaşə müxalifəti lideri” kimi tanıtmış...”
Prezidentin köməkçisindən sərt sözlər
-
“Azərbaycanda heç kimin qəlbində dini ayrı-seçkilik yoxdur”
Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı”
-
““Söyüş kampaniyasının” səmərəsizliyi onların yuxusunu ərşə çəkib”
Əli Həsənov: “Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur”
-
«Onların yanında olanda özümü çox güclü hesab edirəm»
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
-
«25 illik müxalifət yenə də öz ampluasındadır»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
-
«1 həftəyə Qarabağı ...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
-
Azərbaycan «TRT World»lə dünyaya açılır
İngilisdilli türk kanalı ilk müsahibəni prezidentin köməkçisi Əli Həsənovdan alıb
«Azərbaycanın gəncliyi ölkə tarixinin tərkib hissəsidir». «Report» xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanın Dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı keçirilən «Gənclik və dövlət müstəqilliyi: Gələcəyə baxış» konfransında deyib.
O bildirib ki, Azərbaycan gəncləri 25 ildə xeyli uğurlu işlərə imza atıblar: «Gənclər dövlət quruculuğu prosesində aktiv iştirak edirlər. Əminliklə deyə bilərəm ki, gənclərə baxanda optimist rəyə gəlmək olar.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər gənclər ambisiyalı siyasətin qurbanı olmuşdular. O dövrdəki hakimiyyət və cəmiyyət qarşıdurmasının təməlində gənclər dururdu. 1993-cü ildə parlament sədri seçilən Heydər Əliyev çıxışında gənclərlə bağlı məsələyə toxundu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk olaraq Gənclər və İdman Nazirliyini yaratdı. Daha sonra Gənclər günü təsis edildi, müxtəlif dövlət proqramları hazırlandı. Bu işləri saymaqla bitməz».
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindən biri də gənclər siyasətidir: «Hazırda Azərbaycanda vətənpərvər nəsil yetişib. Bu, çox önəmli işdir. Bu gün Azərbaycan millətinə, dövlətinə bağlı gənclər formalaşıb. Azərbaycanın gənci dünya elminə yiyələnməlidir, mənimsəməlidir və onu Azərbaycanda tətbiq etməlidir. Dövlətin verdiyi dəstək göstərir ki, gənclər Azərbaycan dövlətini təmsil etməyə hazırdır. Artıq təmsil edirlər. Bu gənclər müstəqillik illərində formalaşıblar. Bu gəncliklə gələcəyə ümidlə baxırıq».
Ə.Həsənov vurğulayıb ki, Azərbaycanın 25 ildə əldə etdiyi uğurlardan biri də vətənpərvər gənclərin yetişməsidir: «Azərbaycanın bundan sonrakı inkişafı gənclərin əlindədir. Biz inanırıq ki, gənclər bunun öhdəsindən gələcəklər».