Qanunsuz ov silahları satılır
Heç kim silahın sənədləri ilə maraqlanmır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ovçu ovlayanlar...
... Və ya turizm şirkətlərindən ov turu üçün fantastik qiymət
-
Kürəkən qayınatası və qayınanasını güllələdi
Hadisə Novxanı bağlarında qeydə alınıb
-
Ov silahları Azərbaycanda sosial şəbəkələrdə açıq reklamla satışdadır. Bu silahları satmaq üçün xüsusi icazə sənədi tələb olunsa da, bəzi şəxslər heç bir qurumda qeydiyyatdan keçmədən sosial şəbəkələrdə rahatlıqla silah alveri ilə məşğuldur. «Facebook»dakı rəylərdən kifayət qədər alıcının olduğu açıq-aşkar görünür. Maraqlısı odur ki, heç kim silahın sənədləri ilə maraqlanmır. Onları maraqlandıran əsas qiymət və silahın təzə ya işlənmiş olmasıdır. Qiymətlər isə 1000 manatdan başlıyır.
Polisdən satış üçün arayışın olmaması silahların sənədlərinə nəzarəti və hər hansı cinayətdə işlənməsini müəyyən etməyə imkan vermir. Belə olduqda isə vətəndaş özü belə bilmədən hansısa bir cinayətdə işlənmiş silahın cəzasını çəkə bilər.
«Xezerxeber.com» bildirir ki, hüquqşünas Xəyal Bəşirov isə belə silahların satışını həyata keçirən şəxslərin məsuliyyət daşıdığını deyir.
Qanunla fərdi satışına icazə olmayan silahların nəzarətsiz satılması Ovçular Birliyini də narahat edir. Birliyin sədri Füzuli Əşrəfov bu cür satışın tamamilə qanunsuz olduğunu deyir. Onun sözlərinə görə, vətəndaş fərdi mülkiyyəti olan silahı satmaq istədikdə polisə müraciət edib satış üçün icazə arayışı ala və həmin arayışı istənilən ovçuluq mağazasına təqdim etməklə istədiyi silahı sata bilər.