vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVROPA  
19:48 | 20 noyabr 2016 | Bazar Məqaləyə 773 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həssas müttəfiqdir»

NATO baş katibi Türkiyədən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Türkiyə ilə Avropa İttifaq və NATO üçün xüsusi əhəmiyyət daşıyır, ancaq Türkiyə daxilindəki siyasi vəziyyət bu ölkənin dünyadakı mövqeyini həssas edir».

APA-nın verdiyi məlumata görə, bunu NATO Parlament Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasında iştirak etmək üçün bu gün Türkiyəyə səfər edəcək Alyansın baş katibi Yens Stoltenberq bildirib.

Y. Stoltenberq deyib ki, Türkiyə vacib, ancaq həssas müttəfiqdir. NATO baş katibi yerləşdiyi coğrafi məkanla əlaqədar Türkiyənin İŞİD terror təşkilatı ilə mübarizə və miqrasiya probleminin həlli istiqamətində böyük rol oynadığını vurğulayıb: «Ona görə də NATO-nun digər üzvlərinin Türkiyə ilə sıx əlaqədə işləməsi çox vacibdir. NATO Parlament Assambleyasının sessiyasında Türkiyədəki durumla bağlı açıq müzakirə aparılacağını gözləyirəm. Çünki NATO həm də demokratik müzakirələr üçün bir platformadır». Qeyd edək ki, Türkiyədə iki gün səfərdə olacaq Y. Stoltenberq NATO PA-nın sessiyasında iştirak etməklə bərabər, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu ölkənin müdafiə naziri Fikri İşıqla da görüşəcək.