vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
DÜNYA  
00:24 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2370 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Axirət yaxınlaşır?!

21-ci əsrin istənilən ilində insan planetdən yox ola bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

Fəlsəfədən fərqli olaraq daha dəqiq elm olan riyaziyyatın professoru isə deyib ki, bəşəriyyətin 1 ildə Yer üzündən silinməsi şansı indi 1-in 500-ə nisbəti qədərdir.

«The İndependnt»in yazdığına görə Barselona Kosmos Elmləri İnstitutundan riyaziyyat professoru doktor Ferqüs Simpson deyib ki, qlobal fəlakətin 21-ci əsrin istənilən ilində baş verməsi şansı 0, 2 faizdir.

Bu hesablama Axirət Arqumenti deyilən riyazi metoda söykənir. Bu metod əsasında riyaziyyatçılar artıq indiyədək planetdə doğulanların sayına görə onların gələcəkdə potensial sayını hesablayırlar.

Alimin «Axirət gəlirmi?» məqaləsi Kornell Universitetinin internet resursunda dərc edilib.

O yazır ki, «Leicester City» futbol klubunun Premyer Liqa çempionu olması çox nadir hadisə sayılırdı, amma baş verdi və diqqətdən kənarda qalmamalıdır.

Doktor Simpsonun hesablamalarına görə indiyədək dünyaya 100 milyard insan gəlib-gedib və insan cinsi yox olanadək elə bu qədər də adam doğulacaq.

Professor yazır ki, bəşəriyyətin 21-ci əsrdən salamat çıxmaması şansı 13 faizdir.

«The İndependent» yazır ki, bu, bundan əvvəl Britaniyanın kral astronomu lord Martin Risin gəldiyi nəticədən daha nikbindir.

O özünün 2003-cü ildə yazdığı «Son saatımız» kitabında insan övladının 2100-cü ilədək Yer üzündən silinməsi şansının 50 faiz olduğunu iddia etmişdi.

Lakin doktor Simpson deyir ki, 13 faizin özünü də kiçik rəqəm saymaq sadəlövh, məsuliyyətsiz və təhlükəli mövqe olardı.

Alim deyib ki, dünyanın 8 ölkəsində nüvə silahı varsa və bunlardan birinin başçısı öz ailəsinin üzvlərini edam edibsə, onda hər şey ola bilər.

Onun fikrincə buna görə də planetin bütün mümkün xilas tədbirlərinə təcili qaydada başlanmalıdır.

Lakin insan özünün ömür müddətini uzatmağa qabil olubsa, bunun da öhdəsindən gələ bilər, - deyib professor.

Doktor Simpsondan əvvəl də bir çox alimlər qlobal istiləşməni dünyanın axırı kimi qiymətləndirirdilər.

«Science Advances» jurnalında dərc edilmiş məqalədə deyilir ki, insan əgər qazıntı yanacağını indiki miqdarda işlətməkdə davam etsə, onda elə bu nəslin ömrü ərzində Yer planetinin temperaturu 7 dərəcə arta bilər.

Alimlər inanırlar ki, istilikxana emissiyalarının yaratdığı təhlükə əvvəllər düşünüldüyündən qat-qat realdır.

Yaşayan Planet adlı («A Living Planet») hesabatda deyilir ki, 2020-ci ildək dünya boyunca məməlilərin, quşların, balıq və sürünənlərin populyasiyasi 60 faiz azalacaq.

Canlı aləmin azalması hazırda normal həddən 100 dəfə daha sürətlə gedir.

«Bu məndə bir balaca ruh düşkünklüyü yaradır» - deyib Simpson «The Sun» qəzetinə.

«Mən kəskin şəkildə əminəm ki, mövcudluq sona məhkumdur» - deyib alim.