11:54 | 29 yanvar 2014 | Çərşənbə
Məqaləyə 2523 dəfə baxılıb
Şriftin ölçüsü
«Bakı»da tunisli futbolçu?
Avropanın prestijli klublarında oynamış yarımmüdafiəçi 240 min avroya?!
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Qorxuram ki, öləm və dünya çempionatını görməyəm»
Deputat Azərbaycan çempionatını «Bakı birinciliyi» adlandırdı
-
Axirət yaxınlaşır?!
21-ci əsrin istənilən ilində insan planetdən yox ola bilər
-
««Topaz» və PFL-in qış yuxusu»
Mərc şirkətinin pul saymaqdan vaxtı yoxdur ki, təqdimat keçirsin
-
Pantiçin «gözü su içmir»
«Qərardan arxayınlaşan klublar...»
Premyer Liqada fasilənin bitməsinə və qış transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış «Bakı» yeni bir tunisli futbolçunu heyətinə qatmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, bu iddia ilə Fransa mətbuatı çıxış edib.
Məlumatda Belaid Ticaninin paytaxt klubu ilə bir mövsüm üçün 240 min avroya razılaşdığı bildirilir. Bundan başqa fransız mətbuatı yarımmüdafiəçinin bu keçidini gülməli adlandırıb.
Belə ki, «Paris» (Fransa), «İnter» (İtaliya), «Praqa» (Çexiya), PSV (Hollandiya), «Nürnberq» (Almaniya), «Hall Siti» (İngiltərə), APOEL (KİPR), «Union Berlin» (Almaniya), «Moreyrense» (Portuqaliya) və «Lokomotiv» (Plovdiv, Bolqarıstan) klublarının şərəfini qorumuş 26 yaşlı futbolçunun 240 min avro müqabilində transfer edilməsi Fransa mətbuatında böyük marağa səbəb olub.