««Topaz» və PFL-in qış yuxusu»
Mərc şirkətinin pul saymaqdan vaxtı yoxdur ki, təqdimat keçirsin
Rövşən ƏHLİMANOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bazarlıq bitdi
Kimlər gəldi, kimlər getdi … ?
-
Stuxlik niyə gəlib?
Bayraq saymağa gəlib, yoxsa hakim hazırlamağa …
-
Musayev vurnuxur, Məmmədov izləyir
Yaxud diplomatik bacarıq, əla manevrlər
-
Klublar PFL-dən narazıdır...
... Bu qurum isə Qurbanovu gözləyir
-
«Unibank» səhmlərini satır
Bank bu ticarətdən 10 milyon qazanmağı hədəfləyir
-
Axundovun ifşası
Ramiz Məmmədovun ssenarisi ilə
-
Qurbanovun hesabına kef edirlər
Hər yerdə «Qarabağ», AFFA-da «Qarabağ», PFL-də «Qarabağ»
-
Ramin Musayev hardadı?
Qələbələrə şərik olan PFL prezidentinin, məğlubiyyətdə də əməyi varmı?
-
AFFA-nın gözdən asılan pərdəsi ...
... yaxud Prosineçkinin 36 saata qazandığı qədər...
-
«Keşlə»vari qanun pozuntusu
Yaxud Zaur Axundovun təşkil etdiyi adqoydu mərasimi
-
«Ruhdan salmaq lazım deyil»
Ramin Musayev: «Həmin pulu ora verincə, çempionata 2 komanda buraxarıq»
-
«İldırımsürətli hücum» planı
... Yaxud 15 faizlik büdcə, lazımsız İcraiyyə Komitəsi və susdurulan Əbilov
-
«Unibank» ipoteka faizini endirdi ...
... ki, hər kəsin mənzili olsun
-
Gedin, nağılınızı yazın!
... Yaxud Azərbaycan futbolunun bəlalarının əlifba sırası ...
-
Ramin Musayevin ifşası
Əhmədovla bir ay öncədən plan qururmuşlar
-
Vurum sizin qolunuzu...
Köpək uşaqları uzaq Norveçdə də bizdən əl çəkmirlər
Vaxtilə Premyer Liqaya «Unibank» sponsorluq edirdi. Bu sponsorluq mövsümü ərzində futbolçuların haqqı yeyilmirdi desək, yanılmarıq. Yəni, hər ay «ən yaxşılar» vaxtında mükafatlandırılırdı. Son mövsümlərdə isə çempionatın öhdəliyini «Topaz» öz üzərinə götürüb. Xalqın qəpik-quruşunu yeyən, hərdən də yedizdirən mərc şirkəti, bu dəfə futbolçuları yedizdirmək qərarına gəldi.
Bu mövsüm elə ilk aydan yaxşıların mükafatlandırılmasını gecikdirən «Topaz» ənənəsinə sadiq qalaraq, bu yolla da davam edir. Əgər belə olmasaydı, sonuncu dəfə dekabrda mükafatlandırılan «yaxşılar» indiyədək bir neçə dəfə öz hədiyyələrini almış olardı. Ötən ilin son ayının mükafatlandırma mərasiminin yubanmasını mövsüm fasiləsi, klubların xaricdə təlim-məşq toplanışı ilə əlaqələndirən Peşəkar Futbol Liqası (PFL) da öz işini layiqincə görə bilmir. Çox güman ki, bu bəhanə Ramin Musayevin başçılıq etdiyi quruma fevral və mart ayının da ən yaxşılarının mükafatlandırmaq tapşırığını verməsinə mane olub. Deməli, nə çempionatı təşkil edən PFL-in, nə də bu çempionata himayədarlıq edən «Topaz»ın təqdimetmə mərasimi keçirməyə səriştəsi çatmır.
Məsələni daha dəqiq öyrənmək üçün öncə PFL-in İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Qurum rəsmisi açıqlamasında problemi «Topaz»la əlaqələndirdi. Şahgəldiyevin sözlərinə görə, yubanmanın mənbəyi PFL yox, mərc şirkətidir. Ancaq bir məsələ də var. Hələ mart ayının ortalarında (Novruz bayramından əvvəl) məsələ ilə bağlı yenə də Aslan bəylə danışmışdıq. O zaman Şahgəldiyev saytımıza verdiyi açıqlamada ən yaxşıların mart ayının sonunda mükafatlandırılacağını bildirmişdi. Görünür, ya PFL rəsmisi bizə yalan danışıb, ya da «Topaz» PFL-ə atmaq qərarına gəlib. Əsas odu ki, atılan Azərbaycan futbolu deyil. Sadəcə, ortalıqda dövr edən bir neçə min manatdı. Amma Aslan Şahgəldiyevə də bir sual ünvanlamaq istərdik. Cənab Şahgəldiyev, görəsən kim kimə atır? «Topaz» PFL-ə, yoxsa PFL ictimaiyyətə? Ümid edirəm ki, İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri bu sualımızı cavabsız qoymaz və tam səmimi şəkildə cavablandırar.
Daha sonra «Topaz»ın əməkdaşı Əziz Axundovla əlaqə saxlamağa cəhd etdik. Ancaq bütün cəhdlərimiz boşa çıxdı. Dəfələrlə zəng etməyimizə baxmayaraq Axundovla əlaqə saxlamaq mümkün olmadı. Bu səbəbdən «Topaz»ın müştəri xidmətləri ilə əlaqə saxlamaq qərarına gəldik. Oradan da bildirdilər ki, məsələ ilə bağlı «Azərinteltekt»i narahat etməliyik. İşimizin kimisə narahat edib, ictimaiyyətə məlumat vermək olduğunu nəzərə alıb, bir baş yuxarı zəng vurmağa qərar verdik. Nəhayət ki, «Əziz Axundovla necə əlaqə saxlaya bilərik?» sualına dəqiq cavab verən oldu və bildirdilər ki, Axundov məzuniyyət səbəbindən işə gəlmir. Nə deyirik, Əziz bəy, həmişə istirahətdə. Amma hərdən işləmək də lazımdı, istirahətin qarşılığını vermək üçün...
Bu da «Topaz» və PFL əməkdaşlığının nəticəsi... Həm PFL, həm də «Topaz» hələ də qış yuxusundan ayılmayıb. Artıq havalar da qızır, qanın qaynayan vaxtıdır və heç kimi yuxu aparmır. Sizin də ayılmaq vaxtınızdı. Ona görə bu qış yuxusundan ayılmalısınız ki, 4 aydı futbol ictimaiyyəti mükafatlandırma mərasiminin vaxtını səbirsizliklə gözləyir. Cənab Musayev, siz ayılın ki, Şahgəldiyevi də ayıldasınız. «Topaz»ı niyə yazmadıq? Çünki mərc şirkətinin pul saymaqdan heç yatmağa vaxtı da olmur. Yatmaq yaxşıdı, ancaq vaxtında və yerində yatmaq daha yaxşıdı. Qısaca olaraq, qış yuxusundan ayılmağın vaxtı çoxdan gəlib, çatıb, Ramin müəllim. Bu «Topaz»a çox bel bağlamaq olmaz, yoxsa sizin də kuponlarınızı yandırar. Sizə qalan elə bu bərbad Premyer Liqa olacaq. Amma narahat olmayın, elə bu bərbad Premyer Liqaya qalan da siz olacaqsız. İndi özünüz düşünün, qış yuxusundan ayılmaq lazımdı, ya yox?
P.S. PFL-in ayılması üçün bu yazı yaxşı vasitədi. Gündə bir dəfə, səhər yeməyindən sonra oxusalar, heç axşam da yatmağa yuxuları olmaz. (futbolinfo.az)