vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
23:20 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1310 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada «İsgəndər» əndişəsi

«Təhlükəsizliyi üçün stabilliyi pozacaq təsirə malikdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın «İsgəndər» və «S-400» raket komplekslərini Kalininqrad vilayətinə yerləşdirməsi Avropada təhlükəsizlik sahəsində vəziyyətə sabitliyi pozacaq şəkildə təsir göstərir.

Bunu bazar ertəsi jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi deyib.

Onun sözlərinə görə, «İsgəndər» və «S-400»lərin Kalininqrada yerləşdirilməsi Avropanın təhlükəsizliyi üçün stabilliyi pozacaq təsirə malikdir". 

Qeyd edək ki, Rusiya Federasiyasında istehsal olunan mobil, qısaməsafəli ballistik raket sistemi olan «İsgəndər» 2006-cı ildə istehsal olunub və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul edilib.

«İsgəndər» raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. «İsgəndər-M» kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl «Patriot» və «Aegis» hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. «İsgəndər» operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri «İsgəndər-M» raketləridir. «İsgəndər-M» raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.