Su ehtiyatları sürətlə tükənir
Bəşəriyyət yeni fəlakət qarşısında
Jenevyev BELMEYKER, Tara MAKAYZEK, Sindi DRUKER, Larri ONQ The Epoch Times (ABŞ)
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
“Bu hadisə Çini yavaşladacaq”
Peyk görüntüləri Pekinin nüvə sirrini açıb
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Tokiodan Pekinə tarixi hədə-qorxu
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
Hədsiz istifadə və ətraf mühitin çirklənməsi üzündən bütün dünya üzrə su getdikcə daha qıt resursa dönür. Bütün bu məsələlər kəskin şəkildə durduğundan artıq artmağa başlayan və çoxalmağa davam edən gərginlik hamımıza təsir edəcək.
Bəziləri suyu önəminə görə neftlə tutuşdururlar. Lakin su neftdən fərqli olaraq sağ qalmaq üçün lazımdır. Planetdə su ilə bağlı duruma dərindən dalmaq göstərir ki, hər bir ölkə ən yaxın onilliklərdə iqtisadi rifah, insanın haqqı və tükənən rersurs kimi suya münasibət işləyib hazırlamalıdır.
Üç bölgə – Birləşmiş Ştatlar, Yaxın Şərq və Çinə baxış bir sıra problemləri üzə çıxardır.
Dünya Resursları İnstitutunun məlumatına görə, 2025-ci ilə doğru dünya əhalisinin üçdə ikisi su resursları tükənmiş rayonlarda – Yaxın Şərq, Şimali Afrika və Şərqi Asiyada yaşayacaq. Su qıtlığı hazırda Suriyada müharibənin əsas səbəblərindən biri kimi qəbul edilir və hökmən daha çox münaqişə yaradacaq və qaçqınların sayını artıracaq.
Dünyanın ən çox əhalisi olan ölkəsi Çin də dünyada ən böyük su çirkləndirəndir. «Elə etməli ki, uca dağlar baş əysin, çaylar isə yatağını dəyişsin» maoçu şüar altında on illərlə idarəçilikdən sonra nəhəng millət kəskin şəkildə içməli su çatışmazlığı hiss edir və durumdan çıxış yolu görmür.
Birləşmiş Millətlər Təşkilatı (BMT) içməli suyun daha yenilənən resurs olmadığını etiraf edərək 2010-cu ildə insanın haqqı kimi təmiz suya və sanitariyaya çıxış müəyyənləşdirib və bunu 193 üzv dövlətin razılığı ilə BMT-nin dayanıqlı inkişaf məqsədlərinə daxil edib.
Ümumdünya Bankının dəyərləndirməyinə görə, 2030-cu ilə doğru təhlükəsiz, içməli suya ümumi çıxışın təmini üçün 1,7 trilyon dollardan çox tələb olunur.
Sərhəd gərginliyi – ABŞ-Kanada
Dünya Resursları İnstitutuna görə, Birləşmiş Ştatlar «yüksək stress» bölgəsidir, halbuki Kanada «aşağı stress» ərazisidir.
Dünyanın içməli su resurslarının 20 faizə malik olan Kanadada hətta su ixracatına eyham da siyasətçilərə haramdır. Bununla belə, Kanadada daxili su ticarətinə yüngül məhdudiyyətlər Azad Ticarət Haqda Şimali Amerika Sazişi (NAFTA) qaydalarının pozulmasına ittihamlar üçün bəhanə verə bilər. Saziş üzv ölkələrə xarici şirkətlərdənsə ölkə şirkətlərinə daha sərfəli şərtlər təqdim etməyə icazə vermir. Qlobal durum tədricən daha da ümidsiz olduqca – xüsusən də Amerikada – Kanada bu qayda ilə qlobal su ixracatına cəlb edilə bilər.
Kanadanın Birləşmiş Ştatlardakı keçmiş səfiri Geri Duyer 2014-cü ildə öncədən demişdi ki, ən yaxın bir-iki ildə suya görə ABŞ və Kanadanın mübahisəsi o qədər kəskinləşəcək ki, Keystone XL boru kəməri haqda toqquşma «axmaqlıq görünəcək».
ABŞ-Meksika
Birləşmiş Ştatlar və Meksika iki əsas su resursunu – Kolorado və Rio-Qrande çaylarını bölüşür. Bu qaynaqlardan tərəflərə nə qədər su ayrıldığını xüsusi müqavilələr müəyyən edir. Lakin son illərdə Meksikadan tədarükün azalması Amerikanın öz su istehlakını birinci yerdə tutduğunu, halbuki Birləşmiş Ştatların Meksikaya tədarükü prioritetləşdirdiyini iddia edən maraqlı dairələrini qəzəbləndirib.
Digər tərəfdən, Meksikanın maraqlı dairələri ABŞ-dan tədarük edilən və içmək və yaxud kənd təsərrüfatında istifadə üçün yararsız suyun aşağı keyfiyyətindən hiddətlənib.
Qruplar korporasiyaya qarşı
Qablaşdırılmış suyun istehsalı üzrə zavodun inşası haqda təklif bütün Şimali Amerikada müqavimətlə üzləşib. Sutökmə üzrə ən böyük şirkət, 56 brendə malik «Nestle»nin Kaliforniyada ələ keçirmək həsrətində olduğu Makklaud şəhəri toxunulmamış su qaynaqlı kiçik şəhərlərdən birinə nümunədir.
«Nestle» 2003-cü ildə ölkədə sutökmə üzrə Makklaudun suyığıcı hövzəsindən 50 il ərzində böyük mqidarda su götürə biləcək ən böyük zavodun inşasını təklif edib. Bununla yanaşı su daşıyan yüzlərlə yük maşını şəhər üzrə hər gün işləyərək havanı çirkəndirəcək və çoxlu səs-küy törədəcəkdi. Yerli ictimaiyyətin altıillik müqavimətindən sonra şirkət öz planından imtina etməyə məcbur olub.
Şüşələrə Doldurulmuş Su Assosiasiyası qeyd edir ki, şüşələrdəki su Amerikada istifadə edilən suyun yalnız cüzi hissəsini və Kaliforniyada istifadə edilən illik suyun, vur-tut, 0,02 faizi təşkil edir.
Çirklənmə
Suyun çirklənməsi təkcə Miçiqan ştatındakı Flintlə məhdudlaşmır. Bu, ümummilli problemdir. Kəmər suyu KİV başlıqlarında üstünlük təşkil etdiyi vaxt araşdırmalar göstərib ki, beş il ərzində yığılmış kəmər suyu nümunələrində 300-dən çox çirkləndirici maddə aşkarlanıb və bunun üçdə ikisi «tənzimlənməyən kimyəvi madədir». Su yolları kənd təsərrüfatı axarlarından kimyəvi maddələrin təsirinə məruz qalır, buna görə də Amerikadakı çayların 40 faizi və göllərin 46 faizi balıq ovu, üzmək və yaxud su flora və faunası üçün çirklidir.
Hədsiz suvarma
Kənd təsərrüfatı Amerikada istehlak olunan bütün suyun, təxminən, 80 faizi və qərb ştatlarında 90 faizdən çoxunu mənimsəyir. Suvarma suyunu Cənubi Dakotadan Texasa qədər səkkiz ştatın ərazisində yerləşmiş və Birləşmiş Ştatlarda suvarılan bütün torpaqların 25 faizdən çoxunu qidalandıran Ohallala layından götürürlər. Su iribuynuzlu mal-davar qarğıdalı, pambıq və buğda becərilməsi üçün işlədilir. Lakin Ohallala nə zamansa tükənməz olduğu düşünülən su qaynağına parlaq nümunədir. Dayanıqsız drenaj üzündən o, hazırda tükənmə əlamətləri sərgiləyir. Oradakı su ehtiyatı 1960-cı ildə 3 faiz, 2010-cu ilə doğru 30 faiz azalıb. Kanzas ştatı universitetinin alimləri deyirlər ki, indiki tendensiyalar saxlansa, daha 50 ildən sonra 69 faiz azala bilər. Sulu layların qorunması üzrə səylər davam edir, amma durumu sürətlə düzəltmək mümkün deyil. Onların məruzəsində göstərilib: «Su ehtiyatı tükənəndən sonra onun dolması üçün ortalama hələ 500-1300 il lazım gələcək».
Quraqlıq
Kaliforniyada altıncı ildir ki, quraqlıq davam edir. Qubernator Cerri Braun 2015-ci ilin aprelində ştatın tarixində ilk dəfə içməli suya 25 faizlik məhdudiyyət elan edib. Quraqlıq həmçinin cənubi-şərq və şimali-şərq rayonlarına da təsir edir. Bu qayda ilə ölkə ərazisinin, demək olar, 47 faizə toxunur, eyni zamanda quraqlıq qış gözlənilir.
Həll – effektivlik və konservasiya
Kaliforniya quraqlıqdan ən çox ziyan çəkmiş ştatlardan biridir, amma «Arcadis» konsaltinq firmasının şəhərlərin 2016-cı ildə dayanıqlı inkişafı indeksinə uyğun olaraq Los-Anceles (Kopenhagendən sonra) dünyada ikinci ən su effektli şəhər adlandırılıb. San-Fransisko da reytinqdə yüksək yer tutur. Hər iki şəhər suyun təkrar istifadəsinin yüksək səviyyəsi ilə öyünə bilər.
Suyun qorunması da mühüm həldir. Kaliforniyada su istifadəsinin hesablama qayda və üsulları itkiləri dəqiq müəyyən etmək imkanı verir. Çirkablı suların təkrar emalı su böhranı halında ən effektli iqtisadi qərarlardan biridir.
Səhralaşan Yaxın Şərq
Çoxlarının baxışına görə, Yaxın Şərqin problemləri neft, müharibə və insan haqlarıdır. Məlum olduğu kimi, su da sabitlik və tərəqqinin açarıdır. Dünyanın ən çox «sı qıtlığı» hiss edən on ölkəsindən səkkizi Yaxın Şərqdə yerləşir. Onlar səhralaşma, qrunt suları səviyyəsinin düşməsi, çoxillik quraqlıq, su resurslarına hüquq barədə millətlərarası mübahisələr, həmçinin su ehtiyatlarının qeyri-rasional istifadəsinə məruz qalır. Bütün bunlar onsuz da gərgin bölgədəki sabitsizliyi gücləndirir.
Su – siyasətdir
Su və siyasət Yaxın Şərqdə sıx şəkildə bağlıdır. Transsərhəd təmizləməsi haqda tipik sazişlər suya bölünən resurs qismində yanaşır. Lakin təbii resurslar sahəsində iqtisadçı Devid B.Bruksun sözlərinə görə, sazişlər qısamüddətli perspektivdə münaqişəni dəf edə bilər, amma uzunmüddətli perspektivdə su ehtiyatlarının dayanıqlı və ədalətli idarəçiliyinə zəmanət vermir. Səciyyəvi misal İsrail-Fələstin münaqişəsidir. 2016-cı ilin isti yayında Qərb sahilinin 2,8 milyona yaxın ərəb sakini və yerli liderlər içməli suya çıxışa rədd cavabından gileyləniblər. İsrail fələstinliləri ittiham edir ki, köhnəlmiş infrastrukturu necə təzələməyi həll etməkdən ötrü danışıqlara gəlməkdən imtina edirlər. Oslodakı razılaşmaya uyğun olaraq su ehtiyatlarına İsrail nəzarət edir. Bu məsələni həll etmək üçün nəzərdə tutulmuş birgə İsrail-Fələstin komitəsi beş il ərzində bir dəfə də yığışmayıb. Siyasət və insan tələbatının bu cür kəsişməsi Yaxın Şərq ölkələrinin əksəriyyətində müşahidə olunur.
İordan çayının hövzəsi
Livan, Suriya, İsrail, Qərb sahili və İordaniyadan keçən İordan çayı su ilə bağlı bir neçə daimi dövlətlərarası münaqişənin mərkəzindədir. O, 60 ildən artıq dövrdə İsraillə ərəb dövlətləri arasında gərginlik mənbəyidir. İsrail 1953-cü ildə suyun şimalda Haliley dənizindən cənubdakı Negev səharsınadək ötürülməsi üçün 130 km-lik kəmərin inşası üzrə layihə irəli sürüb. On ildən sonra meqalayihə başa çatarkən Suriya İordan çayından suyun 60 faizi götürəcək budaq kanal yaradılması vasitəsilə İsrailin bu suyun böyük həcminə çıxışını önləməyə cəhd edib. Bu, 1967-ci ildə altıgünlük müharibəyə səbəb olub.
Su qıtlığı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) adambaşına gündəlik su istifadəsi üçün baza minimum – gündə iki litrə yaxın – müəyyən edib. Müharibə kimi fövqəladə durumlarda iki dəfə çox su lazımdır. Şəxsi gigiyenanı gözləmək və xörəyin düzgün hazırlanması üçün daha çox lazımdır – gündə 3,5 l-ə yaxın. Paltar yumaq və çimmək üçün daha çox lazımdır.
Yəmən
Yəmən paytaxtı Səna və digər şəhərlər birbaşa kəskin su çatışmazlığına yaxındır. Müxtəlif dəyərləndirmələrə görə, heç bir iş görülməsə, bu, 1-10 ildən sonra baş verəcək. Yəməndə suyun böyük hissəsi yeraltı sulu laylardan gəlir. Artan şəhər əhalisi və daha sututumlu bitkilərin becərilməsinə verilən üstünlük qrunt sularının səviyyəsinin ildə, təxminən, iki metr aşağı düşməyinə səbəb olur.
Ölkədə su ilə bağlı problemlər davam edən vətəndaş müharibəsi və humanitar fəlakətlə ağırlaşır. Əhalinin üçdə ikisi, təxminən, 20 milyon adam təmiz, içməli su və yaxud lazımi sanitariyaya çıxışdan məhrumdur. Durum dəyişilməsə, paytaxt şəhərin 2,9 milyona yaxın sakini su qıtlığına görə qaçqın düşə bilər.
Suriya quraqlığı və vətəndaş müharibəsi
Yaxın Şərqi qarşıda hələ suya görə müharibədən keçmək gözləyir, lakin su qıtlığı artıq münaqişəni doğuran digər amillərin kəskinləşməyinə şərait yaradıb. Suriyada dağıdıcı müharibə qlobal problem olduğu bir vaxtda münaqişə ilə quraqlıq arasındakı bağlılıq yalnız bu yaxınlarda ictimai şüura daxil olub. Suriya 2006-2010-cu illərdə son 900 ildəki ən güclü quraqlıqdan əziyyət çəkib. Quraqlıqdan mal-davar qırılıb, qiymətlər qalxıb və 1,5 milyona yaxın fermer yanmış torpaqlardan şəhərlərə köçüb. Qaçqın axını, həmçinin işsizliyin yüksək səviyyəsi və başqa amillər vətəndaş iğtişaşları törədib və nəticədə vətəndaş müharibəsinə səbəb olub.
Böhran qismən 30 il əvvəl düşünülməmiş siyasətdən yaranıb. Prezident Hafiz əl-Əsəd (indiki prezident Bəşər əl-Əsədin atası) 1970-ci illərdə qərara gəldi ki, Suriya kənd təsərrüfatı baxımından özünü təmin edən ölkə olmalıdır. Fermerlər getdikcə daha dərin quyular qazmaqla qrunt sularını çıxartdı və nəhayət, quyular tamamilə qurudu.
Həll – sudan istifadə
Su ehtiyatlarından qeyri-qənaətbəxş istifadə bölgədə çoxlu problemlər yaradıb. Ekspertlərin əksəriyyəti bunda həmfikirdirlər ki, daha ağıllı yanaşma bunların bəzilərinin qabağını ala bilərdi. Məsələn, torpağın ötüşdürə biləcəyi mal-davar sayını müəyyən etmək zərurəti. Su ehtiyatlarının qorunmasını suya qiymətdən istifadə ilə təşviq etmək olar. Suriyada damcı suvarması sınaq layihəsinə sürətlə alışdılar. Fermerlər bundan sonra gördülər ki, istehsalı 60 faiz artırmaq üçün sudan 30 faiz az istifadə edə bilərmişlər.
Şirinləşdirmə
Şirinləşdirmə – Yaxın Şərqdə 50 ildən yuxarı üzərində iş gedən su böhranının önlənməsi və yaxud həll edilməyidir. Planetdəki suyun 97 faizinin şor olduğu nəzərə alınsa, bu, cəlbedici variantdır, lakin qüsurları var. Bir tərəfdən olduqca enerji aparan prosesdir, buna görə də şirinləşdirmə zavodlarının əksəriyyəti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyn kimi neftlə zəngin ölkələrdə inşa olunub. Digər tərəfdən, qalıq duzu çox vaxt okeana atıb dəniz həyatına ziyan vururlar.
İsrail tədqiqatçıları bu yaxınlarda daha effektli sistem hazırlayıblar. Bu sistem indiki anda ölkədə suyun 55 faizi təmin edir.
Çin – qlobal çirklənmə
Çin hökuməti hesablayıb ki, Çindəki qrunt sularının, haradasa, 80 faizi içməyə yararsızdır və şəhər rayonlarında yeraltı suların 90 faizə yaxını çirklənib. Rəsmi qiymətləndirmələrə görə, Çin çaylarının beşdə ikisinin suyu kənd təsərrüfatı və yaxud sənayedə istifadə üçün yaramır. 360 milyondan çox adamın və yaxud Çin əhalisinin 25 faizə qədərinin təmiz suya çıxışı yoxdur. 1997-ci ildən başlayaraq su mübahisələri ildə on minlərlə etirazlara səbəb olur.
Çində su çirklənməsinin əsas qaynaqları kimyəvi gübrə, kağız və geyim istehsalı üzrə müəssisələrdir. Rəsmi hesabata əsasən, Çinin çay və göllərinin 70 faizi o qədər çirklənib ki, dəniz həyatına dəstək verə bilmir. Çinin ən uzun çayı Yanszının çirklənməsi ancaq bu çayda yaşayan Bayci delfininin yox olmasına səbəb olub. Uzunluğuna görə ikinci çay Huanheni də Çin sivilizasiyasının beşiyi kimi dağıdıcı daşqınlara görə qüssə çayı adlandırırlar. Bu gün onun sahilindəki 4000 müəssisə suyu bərpası mümkünsüz səviyyədə çirkləndirib.
Su çatışmazlığı
Çin su qıtlığı yaşayan əksər ölkələrdən biridir. Yer üzü əhalisinin, təxminən, beşdə biri Çində yaşayır, lakin içməli suyu 7 faizdən azdır. Bu suyun böyük hissəsi, 80 faizə qədəri ölkənin güneyindədir. Lakin şimalda daha inkişaf etmiş kənd təsərrüfatı və sənaye, həmçinin Pekin kimi böyük şəhərlər yerləşib.
Xəritədə Pekindən keçən yüzlərlə çay və irmaqlar göstərilsə də, əslində, onların hamısı praktik olaraq quruyub. Lap bu yaxınlarda – 1980-ci illərdə Pekinin yeraltı suları tükənməz sayılırdı, lakin onlar yeri dolmamış tükənir və son 40 ildə, demək olar, 300 m aşağı düşüb. Keçmiş su ehtiyatları naziri Van Şuçen 2005-ci ildə deyib ki, Pekin 15 ildən sonra susuz qalacaq.
Çin çaylarının dönüşü
Çin hökuməti Çinin şimalında su qıtlığıyla bağlı durumu düzəltməyə cəhd edərək 4 345 km uzunluğunda kanal açmaqla suyun Cənubdan Şimala keçirilməsi üzrə layihə hazırlayıb. Rejimin nüfuzlu texniki uğuru sayılan layihə yüksək dəyəri (indiki anda 81 milyard dollar) və inşaatın yolunda yaşayan yüz minlərlə insanın məcburi köçünə görə geniş şəkildə tənqid olunub. 2010-cu ildə Hubey əyalətinin xəbərdarlıq edilmədən köçürülən minlərlə adamı etirazlarla çıxış edib. Müqavimət göstərənlər həbs olunub.
Ekoloqlar deyirlər ki, cənubdan çirklənmiş suyun nəqli istənilən halda Şimalın problemini həll etməyəcək. Çinli bir məmur hətta qeyd edib ki, layihə yeni ekoloji problemlər yaradacaq və «hamını qane edə bilməz». Çinin su problemlərinin əksəriyyətinə kommunist partiyası siyasətinin nəticəsi kimi yanaşılır.
Postmaoçu dövr
Maodan sonra iqtisadiyyat və kənd təsərrüfatının islahatına cəhd nəticəsində Çinin su problemləri kəskinləşib. Bütün ölkədə sənayenin inkişafı ilə su istehlakı sürətlə çoxalıb. Ekoloji tənzimləmənin olmamağı səbəbindən sənaye tullantıları adətən təmzilənmədən çaylara və başqa su hövzələrinə axıdılır. Çin əhalisinin artımı və həyat səviyyəsinin yüksəlişi Çin fermerlərinə də təsir edir. Kəndlilər suvarma kanallarına çıxışa görə dalaşır və hətta təxribat aktları həyata keçirirlər.
1997-ci ildə Huanhe çayı Bohay dənizindəkin mənsəbindən ölkənin içinə doğru 643 km quruyub.
Sun Yatsen universitetinin 2008-ci il məruzəsində qeyd olunub ki, Yanszı və Huanhe boyunca yerləşən 21 neft-kimya zavodundan 13 mini çaylara ildə milyardlarla ton çirkli su axıdıb.
Xərçəngli kəndlər
Çinin su obyektlərinə atılan kimyəvi gübrə, təmzilənməmiş çirkli su, ağır metal və digər kanserogen maddələr «xərçəngli kəndlər» fenomeninin meydana çıxmasına səbəb olub. 2005-ci ildə aparılan araşdırma göstərib ki, bəzi xərçəngli kəndlərdə xərçəng xəstəliyi ölkə üzrə ümumi göstəricilərdən 19-30 dəfə çoxdur.
Xərçəngli kəndlər haqda məlumat 1990-cı illərdə meydana çıxsa da, Çin hökuməti onun varlığını yalnız 2013-cü ildə etiraf edib. «Sinhua» dövlət agentliyi xəbər verib ki, 400-dən çox xərçəngli kənd var. Örnəklərdən biri xərçəngdən ölüm səviyyəsinin təhlükəli şəkildə artdığı Quandun əyalətindəki Setan kəndidir: 1991-1995-ci illərdəki 20 faizdən 2001-2002-ci illərdəki 55,6 faizə qədər.
Xərçəng xəstəliyi səviyyəsinin artım dövrü kəndin yaxınlığında farmasevtik zavodun işə başlaması ilə üst-üstə düşür.
Mekonq çayı problemi
Mekonq çayı Cənubi-Şərqi Asiyanın həyat gücü qaynağıdır. O, başlanğıcını Tibet yaylasından götürür və Kamboca, Laos, Tailand və Vyetnam ərazilərindən aşağı axır. Çin Mekonq çayının yuxarı axarlarında quraşdırılmış bəndlər sayəsində bölgədə su ehtiyatlarından istifadəyə sərt məhdudiyyətlər qoyub. Ölkəni quraqlıq nəticələrinin kəskinləşməsində ittiham edirlər.
Su ətrafında gərginlik yüksək olaraq qalır, buna şəffaflığın ümumi çatışmazlığı (Çin bəndlər quran yeganə ölkə deyil), su ehtiyatlarının idarəsinə qeyri-rasional yanaşma, həmçinin effektli koordinasiya mexanizminin olmaması şərait yaradır. (Strateq.az)