Niyə rubl, təngə üzür, manat yox?
2106-cı Rusiya və Qazaxıstan valyutası möhkəmlənsə də, Azərbaycan pulu dəyər itirib
Samir ƏLİYEV, İqtisadçı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
Ölkənin maliyyə sektorunun yüksək həddə dollarlaşması milli valyutanın güvənliyini zəiflədir və makroiqtisadi sabitliyi risk altına qoyur. 2015-ci ilin dekabrından üzən məzənnəyə keçsək də bu keçid «tənzimlənmə» mərhələsində qalıb. «Tam üzmək» mərhələsinə keçid isə hələki ləngiyir.
Rəsmi sənədlərdə bu keçidin tezliklə baş tutacağı vurğulanır. Bu fikri bəzi ekspertlər də bölüşür. Tam üzən məzənnəyə keçidi zəruri edən səbəb manatın real bazar dəyərini tapmasına nail olmaq və bununla da valyuta bazarında sabitliyi təmin etməkdir. Digər tərəfdən siyasi və iqtisadi baxımdan bizə yaxın olan Rusiya və Qazaxıstanın tam üzən məzənnəyə keçidi hökumətimizi «onlarda mümkündürsə, bizdə niyə mümkün olmasın?» tipli suallarla üz-üzə qoyur. Sual haqlıdır, ancaq cavabı ürəkaçan deyil. Əgər tam üzən məzənnəyə keçid potensialı əsasında 3 ölkəni sıralasaq Azərbaycan şübhəsiz ki, sonuncu olar. Bu kiçik siyahıya isə əlbəttə Rusiya başçılıq edər. Elə nəticələr də sıralanmaya adekvatdır. Rusiyada tam üzən məzənnəyə keçid uğurlu alınıb, Qazaxıstanda bir sıra çətinliklər qalmaqdadır, Azərbaycan isə cəhd səviyyəsindədir.
Azərbaycanın yaxın dövrdə tam üzən məzənnə siyasətinə keçidi real görünmür. Bu ideya hələ bir müddət deklarasiya səviyyəsində qalacaq.
Ekspertlər bunun ağır fəsadları barədə xəbərdarlıq edirlər. Mərkəzi Bank da vəziyyətin mürəkkəbliyini anlayır və bu səbəbdən prosesi uzadır. Milli valyutanın sabitliyi qiymətləndirərkən tədiyyə balansının vəziyyətini təhlil etmək, onun mövcud durumunu nəzərə almaq çox vacibdir. Bu, ən vacib indikatordur.
Həmkarımız Rövşən Ağayev Rusiya, Qazaxıstan və Azərbaycanın tədiyyə balanslarını analiz edərək durumumuzun yaxşı olmadığını göstərib və manatın tam üzəbilmə potensialını qiymətləndirib. Gəldiyi nəticə manat tam üzməyə hazır olmadığını bir daha təsdiq edib.
Milli valyutaların sabitliyini təmin edən digər indikator bank sektorunun dollarlaşması səviyyəsidir. Bank sektorunda dollarlaşma səviyyəsi artdıqca milli valyutaya təzyiq artır. Biz həm də bu indikator vasitəsilə rus rublu və qazax təngəsindən fərqli olaraq manatın tam üzən məzənnəyə keçməsinin arzuolunan olmadığını görmək olar. Rus rublunun və Qazax təngəsinin niyə «üzə» bildiyini, manatın isə buna «hazır olmadığını» izah etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycanın bank sektorunun əmanət bazarında dollarlaşma səviyyəsinin mövcud durumunu diqqətinizə çatdırmaq istəyirəm.
2013-cü ildə – neft gəlirlərinin yüksək səviyyədə olduğu bir dövrdə Rusiyada əmanətlərinin dollarlaşma səviyyəsi (17,4 faiz) həm Qazaxıstan, həm də Azərbaycandan aşağı olub. Neftin kəskin ucuzlaşması və sanksiyaların Şimal qonşumuzda dollarlaşma səviyyəsini kəskin artıra bilməyib və bu səviyyə hətta 30 faizdən də aşağı olub. Halbuki Azərbaycanda dollarlaşma səviyyəsi böhrandan əvvəl Qazaxıstandan az olsa da böhran dövründə sürətli dollarlaşma nəticəsində manatın payı 15 faizə qədər azalıb. (Qrafik 1)
Göründüyü kimi, hər üç ölkədə 2016-ci ildən başlayaraq əmanətlərdə dollarlaşma səviyyəsinin azalması müşahidə edilir. Buna səbəb ümumilikdə əmanət qoyuluşunun artım tempinin kəskin azalmasıdır.
Məsələn, Rusiyada əmanətlərin illik artım tempi 2015-ci ildəki 25,15 faizdən 2016-cı ilin 11 ayında 0,7 faizə düşüb. Qazaxıstanda oxşar göstəricilər 54,5 faiz və 12,2 faiz olub. Azərbaycanda isə 2015-ci ildə artım 31,79 faiz olduğu halda 2016-cı ilin 10 ayında 21,8 faiz azalma qeydə alınıb. (Qrafik 1)
Azərbaycan qeyri-maliyyə təşkilatlarının depozitlərinin dollarlaşması səviyyəsinə görə də digər iki ölkəyə uduzur. Rusiya və Qazaxıstan dollarlaşma səviyyəsini üzən məzənnəyə keçiddən əvvəlki səviyyəyə qədər azalda biliblər. Rusiyada müəssisələrin depozitlərində dollarlaşma səviyyəsi 2013-cü il, Qazaxıstanda isə 2014-cü il səviyyəsinə düşüb. Azərbaycanda azalma müşahidə edilsə də hələki dollarlaşma yüksək səviyyədə qalmaqdadır. (Qrafik 2)
Böhran vaxtı hər üç ölkədə əmanətçilərin devalvasiya gözləntisinə reaksiyası fərqli olub. Statistik məlumatların təhlili göstəririr ki, Azərbaycan əmanətçiləri digər ölkə əmanətçiləri ilə müqayisədə milli valyutaya daha çox etimadsızlıq göstəriblər. Devalvasiya təzyiqinin güclü olduğu 2015-ci ildə Rusiyada rubl əmanətləri 19,6 faiz artdığı halda Qazaxıstanda təngə əmanətləri cəmisi 0,6 faiz azalıb. Həmin il iki kəskin devalvasiya yaşayan Azərbaycanda isə manat əmanətlərinin azalması 67,9 faiz olub.
Artıq Rusiya və Qazaxıstanda milli valyutada əmanət qoyuluşu artmağa başlayıb, Azərbaycanda isə proses azalmaq istiqamətində davam edir. Devalvasiya gözləntisi, xüsusən də manatın real bazar dəyərini almaması ilə bağlı rəylər əhalini əlindəki vəsaiti dollara çevirməyə vadar edib.
Azərbaycanda milli valyuta əmanətləri üzrə illik gəlirlilik digər iki ölkədən çox olmasına rəğmən əhali manata əmanəti qoymağa risk etmir. Rusiyada milli valyutada olan əmanətlər üzrə illik faiz dərəcəsi 10-11 faiz, Qazaxıstanda 13-15 faizdir. Azərbaycanda manat əmanətinə təklif edilən gəlirlilik daha yüksəkdir. Buna səbəb daha çox milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığıdır.
Rus rublu 2015-ci ildə 29,6 faiz ucuzlaşsa da 2016-cı ildə 16,8 faiz möhkəmlənib. Oxşar vəziyyət Qazaxıstan valyutasında da baş verib. 2015-ci ildə dəyərini 86,2 faiz itirən qazax təngəsi 2016-cı ildə mövqeyini qoruyaraq 1,8 faiz möhkəmləndirib. Manat isə 2015-ci ildə 2 dəfəyədək (98,8 faiz) dəyər itirməsindən sonra 2016-cı ildə daha 13,6 faiz ucuzlaşıb və prosesin hansı həddə qədər davam edəcəyi naməlumdur. Qara bazarda manatın ucuzlaşması daha yüksəkdir.
Deməli, əsas səbəb milli valyutanın sabitliyinə inamdır. Valyutanın sabitliyi üçün iqtisadiyyatın diversifikasiyası, ixrac potensialının güclənməsi, rəqabətqabiliyyətli daxili istehsalın mövcudluğudur. Hər bir maliyyə sabitliyinin arxasında milli valyutaya məcburi «sevgi hissi» yox real fəaliyyət durur. Maliyyə sektorunda, o cümlədən əmanət bazarında dollarlaşma səviyyəsinin azalması üçün iqtisadi zəmin və milli valyutanın məzənnəsinin sabitliyinə inam olmalıdır.