Benzin niyə bahalaşdı?
«Aİ-95»-in qiyməti 1 manatı keçdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Son 40 ildə ən sürətli artımı
ABŞ-da iyun ayında istehlak qiymətləri ötən illə müqayisədə 9,1 faiz bahalanıb
-
“Aİ-98” də bahalaşdı
Artım istehlakçıların 9 faizinə təsir edib
-
“Preimum”un qiyməti dəyişib
Aİ-95 idxal olunduğu üçün Tarif Şurası tərəfindən tənzimlənmir
-
... Hökumət, satıcı, yoxsa ekspert?
Benzin qiymətinin mümkün artımını kim əsaslandırmalıdır...
-
Aİ-95 bahalaşa bilər?
Dünyada benzinin qiyməti ölkələrin tarixlərində rekordlar vurub
-
Avropa benzin və dizeldən imtina edəcək
2030-ci ildən daxili yanma mühərrikli avtomobillər satılmayacaq
-
Benzinin qiyməti tarixi maksimuma çatdı
Avropa ölkəsində 1 litr yanacaq 3.5 manat olub
-
2000 manatdan 5000-dək...
Qənaət etmək istəyərkən ziyana düşə bilərsiniz
-
1 manata ...
Aİ-92 benzininin aksiz dərəcəsi endirilidi
-
Benzin bahalaşdı
1.5-1.6 manat oldu
-
... “Benzin bahalaşmayacaq”
SOCAR and-aman edir ki, ...
-
Merkel avtomobil şirkətlərini müdafiə edə bilmir
Almaniya şəhərlərində dizellə işləyən avtomobilləri qadağan edəcəklər
-
Almaniyada dizel maşınlar ucuzlaşacaq
Ali Məhkəmə havaya atılan tullantı qazların çoxalması səbəbindən qərar verdi
-
«Yarıbayarı fərq var»
Sürücülər yanacağı niyə dəyişir?
-
Ermənistanda yanacaq bahalaşdı
Benzinin və qazın qiyməti 10 faiz, dizeldə isə 7 faiz qalxıb
-
«Euro-5» istehsalına nə qədər xərclənəcək?
Azərbaycanın benzin və dizel yanacağı Avropa standartında olacağı tarix açıqlandı
Respublikamıza xaricdən idxal edilən «Aİ-95» premium markalı benzinin qiymətində artım baş verib. «Report»a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.
Əldə etdiyimiz məlumata görə, «Aİ-95» premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Gələcəkdə «Aİ-95» markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq.
Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi «Aİ-92» markalı benzinə şamil olunmur. Yəni istər «Aİ-92» markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.
Bütün bunlar bir yana, «Aİ-95» premium markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə «Aİ-95»-ə olan tələbatın «Aİ-92» markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir.
Üstəlik, bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir. Yeni qiymətlər yalnız lüks avtomobil sürücülərinə təsir edəcək.
Qeyd etdiyimiz kimi, respublikamıza xaricdən gətirilən və müəyyən mənada xarici bazarlardakı qiymətlərdən asılı olan «Aİ-95» premium markalı benzinin qiyməti sərbəst təyin edilir. Eyni zamanda bu markadan olan benzinin qiyməti həm region, həm də dünyanın digər ölkələrində bahalaşıb. Məsələn, Gürcüstanda benzinin qiymət artımı bu il yanvarın 1-də baş verib. Ölkənin yanacaqdoldurma məntəqələrində benzinin qiyməti müvafiq olaraq 40 - 60 tetri artıb. Özü də qiymət artımı benzinin digər markalarını da əhatə edib. 2016-cı il dekabrın sonlarında 1,45 GEL-ə satılan benzin bu il yanvarın 2-dən başlayaraq 1,90, 1,95 və 2 GEL-ədək bahalaşıb. Benzinin qiyməti tədricən, 3 gün ərzində artırılıb. Dizel yanacağının qiyməti də yanvarın 3-dən 30-50 tetri arasında bahalaşıb.
Yanvarın 5-dən isə ölkənin yanacaqdoldurma məntəqələrində avtomobillər üçün nəzərdə tutulmuş təbii qazın qiyməti 15-20 tetri bahalaşıb.
Artıq qaz yanacaqdoldurma məntəqələrində təbii qaz fərqli qiymətlərlə satılır. Belə ki, «Vissol» yanacaqdoldurma məntəqəsində qazın bir kubmetri üçün 1,45 lari (təqribən 0,54 dollar), «Qamma», «Formula» məntəqələrində 1,46 lari, «Heoraz» məntəqələrində isə 1,45 lariyə satılıb. Bütün bunlara rəğmən Azərbaycanda ötən il benzinin qiymətində hər hansı bahalaşma müşahidə edilməyib.
Rusiyada isə Aİ-95 və daha yüksək oktanlı benzinin qiyməti ötən ay 38,33 rubldan (1,09 manat) 38,36 rubla (1,10 manat) qədər bahalaşıb.
Ümumilikdə isə ötən ilin əvvəlindən 2016-cı ilin sonuna qədər Rusiyada benzininin qiyməti 3,7 faiz, dizel yanacağının qiyməti isə 2,7 faiz artıb.
Bütün bunlar onu göstərir ki, proses digər ölkələrdə də baş verir. Respublikamıza xaricdən idxal edilən «Aİ-95» premium markalı benzinin qiymətindəki artım isə qonşu Rusiyadan və Gürcüstandan fərqli olaraq benzinin digər növlərinin qiymətinə təsir etməyəcək.
Qeyd edək ki, hazırda «Aİ-95 Premium» markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir. Bu markalı benzinin bundan əvvəlki qiyməti də digər ölkələrlə müqayisədə ucuz (0.95 AZN) idi. Onu da vurğulamaq yerinə düşür ki, hazırda "Aİ-92" markalı benzinin qiyməti 70, dizel yanacağının qiyməti isə 60 qəpikdir.
***
01:10
Azərbaycana xaricdən idxal olunan «AI-95» Premium markalı benzinin qiymətində artım baş verib.
Lent.az-ın xəbərinə görə, artıq yanacaqdoldurma məntəqlərində yeni qiymətlər tablolara vurulub.
«AI-95 Premium» markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN olub.
Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi «AI-92» markalı benzinə şamil edilməyib.
«AI-92» markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.
«AI-95» Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.