vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ENERGETİKA  
15:35 | 2 fevral 2022 | Çərşənbə Məqaləyə 980 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2000 manatdan 5000-dək...

Qənaət etmək istəyərkən ziyana düşə bilərsiniz

MÖVZU İLƏ ƏLAQƏLİ

“Aİ-95” markalı benzinin qiyməti bahalaşması bəzi sürücülərin cibinə əməlli-başlı təsir edib. Belə ki, son vaxtlar bəziləri avtomobili premium markalı benzin üçün nəzərdə tutulsa da, daha aşağı keyfiyyətli yanacaq alırlar. Bunu maddi imkanla əlaqələndirirlər.

Ancaq sürücülərin bu cür qənaət metodu onların daha çox pul xərcləmələrinə səbəb ola bilər. Belə ki, Avtomobil ustaları deyir ki, həmin nəqliyyat vasitələrinə“Aİ-92 markalı benzin tökdükdən bir qədər sonra ciddi problemlər ortaya çıxır. 

Ustaların fikrincə, belə qənaət üsulu həm də nəqliyyat vasitəsinin motorunun gücünə təsir edir. Sonradan isə bu problemi aradan qaldırmaq üçün müəyyən qatqılardan istifadə olunur ki, bəzən həmin məhlullar da işə yaramır.

Ustaların sözlərinə görə, “Aİ-95” markalı benzini “Aİ-92” ilə əvəz etmək avtomobil sahibini hətta 2 min manatdan 5 min manatadək xərcə də sala bilər.