
Merz Trampa zəng edəcək
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
AfD lideri Veydelin sözləri gizli hesabatda
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Almaniyada yeni sorğu – 2 həftə ərzində AfD-nin reytinqi düşüb
125 illik ənənəvi maşınqayırma zavodu müflisləşdiyini elan etdi
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Münhendə dostluq etmək də çətindir, Berlin Hamburq da geri qalmır
“Onların paltarlarındakı yanıq dəlikləri vardı”
Almaniya siyasətində təəccüblü hadisələr yaçanır
Almaniya kansleri 2 həftə vəzifədə qalacaq
... Almaniyada qar gözlənilir
Vəzifəsini tərk edən Almaniya kansleri getməzdən əvvəl kimə zəng etdi?
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya İsraildən müdafiə sistemi alıb
Almaniya Ali Məhkəməsi dizel avtomobillərinin qadağan edilməsinə icazə verib. Məhkəmənin qərarına əsasən, iri şəhərlər havanı kəskin zəhərləyən dizel avtomobillərini qadağan edə bilərlər.
Bu qərar Avropanın ən böyük avtomobil bazarı sayılan Almaniyada dizel avtomobillərinin qiymətinin enməsinə səbəb olacaq. Avtomobil istehsalçıları isə maşınların modifikasiyalarına bahalı dəyişikliklər etməli olacaqlar.
Analitiklər bildirir ki, Leypsiq məhkəməsinin qərarı Avropada avtomobillərə tələbatın dəyişməsinə ciddi təsir edəcək. Qeyd edək ki, son aylar burada normativlərin dəyişməsi və geniş yoxlamalar səbəbindən dizel maşınlarının satışı aşağı düşməkdədir.
Qeyd edək ki, bir neçə il əvvəl «Volkswagen» avtomobillərinin havanı normadan artıq çirkləndirdiyi ortaya çıxıb. Bundan sonra məşhur ekoloji təşkilat olan «DUH» Avropada havanın çirklənməsin normativləri ilə bağlı məhkəməyə müraciət edib.
Bu qalmaqal bütün dünyada siyasətçiləri məcbur etdi ki, onlar dizel yanacağından havaya atılan tullantı qazlarına diqqət etsinlər. Bu qazların tərkibində azot oksidləri var, hansı ki, respirator xəstəlikləri yaradır.
Hazırda Almaniyada 15 milyon dizel avtomobili var. Ekoloqlar bildirir ki, məhz bu səbəbdən alman şəhərlərində havanın çirklənməsi normativlərdən artıqdır. Bu vəziyyət azı 90 şəhərdə var.