Merkelin təqaüdü səs-küy yaratdı
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
15:29 | 6 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 141 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət hesabına mühafizə və imtiyazlar cəmiyyət tərəfindən müzakirə olunur
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
İtaliyada avtomobil elektron üsulla soyuldu, sığorta ödənişdən imtina etdi
Almaniyada erkən seçki çağırışları güclənir
Alman televiziya ulduzu Türkiyədə saç əkimindən sonra xəstəxanalıq oldu
KFC türk iş adamına uduzmaq üzrədir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Azərbaycan istiqamətinə uçuşlar istisna siyahısında
İbadət məkanları pulsuzluq səbəbindən bağlanır, Avropa kultu tənəzzüllə qarşı-qarşıya
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Almaniyada 50 milyard avroluq qənaət çağırışı
Anım mərasiminə qatılan Merz etirazla qarşılandı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
Maddi dəyəri 10 min avro idi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Fredrix Merz Alman kansleri seçkilərinin ilk turunda tələb olunan səs çoxluğunu qazana bilmədi.
Seçkinin ilk mərhələsində Almaniya Prezidenti Bundestaqa bir namizəd təklif edir. Adətən Prezident, Bundestaqda əksəriyyət qazana biləcək şəxs namizəd kimi irəli sürür. İttifaq (CDU/CSU) və SPD arasında uğurlu koalisiya danışıqlarından sonra bu şəxs Fredrix Merz idi.
Kansler seçilə bilməsi üçün namizədin Bundestaq üzvlərinin yarısından çoxunun səsini alması tələb olunur (bu, “kansler çoxluğu” adlanır). Hazırda Bundestaqda 630 deputat var. Bu o deməkdir ki, 316 deputat “hə” deməlidir.
Fredrix Merz birinci turda 310 “hə” və 307 “yox” səsi aldı. Bu isə kansler seçilməsi üçün kifayət etmir.
Səsvermə gizli keçirildiyi üçün hansı deputatların Merzə səs vermədiyi bilinmir.
İndi nə baş verəcək?
Konstitusiyaya görə ikinci mərhələyə keçilir. Bundestaqın bir namizədi seçməsi üçün 14 günü var. Bu mərhələdə təşəbbüs hüququ Bundestaqa keçir. Bundestaq yenidən Fredrix Merzi namizəd göstərə bilər, lakin başqa bir namizəd də ola bilər. Hətta kansler Bundestaq üzvü olmayan biri də seçilə bilər.
Bundestaqın iş qaydalarına görə namizədin irəli sürülməsi üçün deputatların dörddə birinin və ya belə böyüklükdə bir fraksiyanın təklifi lazımdır.
Bu 14 gün ərzində istənilən qədər səsvermə keçirilə bilər.
İkinci mərhələdə də kansler çoxluğu – yəni 316 səs – tələb olunur. Səsvermə yenə gizli aparılır.
Əgər ikinci mərhələnin sonunda (14 gündən sonra) hələ də kansler seçilməzsə, konstitusiyaya görə dərhal yeni bir səsvermə keçirilməlidir – bu artıq üçüncü mərhələdir.
Əgər bu mərhələdə bir namizəd kansler çoxluğu qazanarsa, Prezident onu təyin etməlidir. Amma bu mərhələdə ən çox səs alan şəxs də kansler seçilmiş sayılır – artıq mütləq 316 səs şərti yoxdur.
Əgər heç kim kansler çoxluğunu qazanmazsa, Prezidentin iki seçimi var: ya ən çox səs alan şəxsi kansler təyin edir, ya da Bundestaqı buraxır. Bu halda Almaniyada 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir.
Olaf Şolz yeni kansler təyin olunana qədər vəzifəsini icra etməyə davam edir.