vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
11:56 | 21 dekabr 2017 | Cümə axşamı Məqaləyə 3718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Euro-5» istehsalına nə qədər xərclənəcək?

Azərbaycanın benzin və dizel yanacağı Avropa standartında olacağı tarix açıqlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan yenidənqurulma və modernizasiya layihəsi çərçivəsində mövcud qurğuların və ümumi zavod təsərrüfatının yenidənqurma işləri üzrə qalib. Seçilən İspaniyanın «Tecnicas Reunidas» şirkəti iş həcmlərini və müqavilənin dəyərini açıqlayıb.

Şirkətin məlumatına görə, «Tecnicas Reunidas» şirkəti dizel və benzin blokundakı əsas texnoloji avadanlıqların yenidən qurulması işlərini və digər işləri icra edəcək.

İspaniya şirkətinin məlumatına görə, müqavilənin dəyəri təxminən 800 mln. ABŞ dolları təşkil edir. İşlərin 38 ay müddətində tamamlanması gözlənilir.

Qeyd edək ki, dekabrın 19-da Heydər Əliyev adına NEZ və «Tecnicas Reunidas» şirkəti arasında zavodun yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (Layihələndirmə, Satınalma, Tikinti) müqaviləsi imzalanıb.

TR şirkəti ilə imzalanan saziş mövcud qurğuların və ÜZT-nin yenidənqurma işlərini əhatə edir.

NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub:


I mərhələ üzrə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;


II mərhələdə 2020-ci ilin sonunadək «Euro-5» keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;


Son mərhələdə isə 2021-ci ilin əvvəlinədək «Euro-5» keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.


Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 miylon tondan 7,5 miylona qədər çatdırılacaq, istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri «Euro-5» standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda Ai-92/95/98 benzin markalarının istehsalı təmin ediləcək. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş «Azərneftyağ» NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.