Azərbaycanda benzin bahalaşdı
Yeni qiymətlər lüks avtomobillərin sürücülərinə və qiymətinə təsir edəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Son 40 ildə ən sürətli artımı
ABŞ-da iyun ayında istehlak qiymətləri ötən illə müqayisədə 9,1 faiz bahalanıb
-
“Aİ-98” də bahalaşdı
Artım istehlakçıların 9 faizinə təsir edib
-
“Preimum”un qiyməti dəyişib
Aİ-95 idxal olunduğu üçün Tarif Şurası tərəfindən tənzimlənmir
-
... Hökumət, satıcı, yoxsa ekspert?
Benzin qiymətinin mümkün artımını kim əsaslandırmalıdır...
-
Aİ-95 bahalaşa bilər?
Dünyada benzinin qiyməti ölkələrin tarixlərində rekordlar vurub
-
Avropa benzin və dizeldən imtina edəcək
2030-ci ildən daxili yanma mühərrikli avtomobillər satılmayacaq
-
Benzinin qiyməti tarixi maksimuma çatdı
Avropa ölkəsində 1 litr yanacaq 3.5 manat olub
-
2000 manatdan 5000-dək...
Qənaət etmək istəyərkən ziyana düşə bilərsiniz
-
1 manata ...
Aİ-92 benzininin aksiz dərəcəsi endirilidi
-
Benzin bahalaşdı
1.5-1.6 manat oldu
-
... “Benzin bahalaşmayacaq”
SOCAR and-aman edir ki, ...
-
Merkel avtomobil şirkətlərini müdafiə edə bilmir
Almaniya şəhərlərində dizellə işləyən avtomobilləri qadağan edəcəklər
-
Almaniyada dizel maşınlar ucuzlaşacaq
Ali Məhkəmə havaya atılan tullantı qazların çoxalması səbəbindən qərar verdi
-
«Yarıbayarı fərq var»
Sürücülər yanacağı niyə dəyişir?
-
Ermənistanda yanacaq bahalaşdı
Benzinin və qazın qiyməti 10 faiz, dizeldə isə 7 faiz qalxıb
-
«Euro-5» istehsalına nə qədər xərclənəcək?
Azərbaycanın benzin və dizel yanacağı Avropa standartında olacağı tarix açıqlandı
Respublikamıza xaricdən idxal edilən «Aİ-95» premium və «Aİ-98» super markalı benzinin qiymətində artım baş verib. Hazırda «Aİ-95» premium markalı benzinin yeni qiyməti 1,25 AZN, «Aİ-98» super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.
«Report»a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.
Qeyd olunur ki, «Aİ-95» və «Aİ-98» markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.
Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi «Aİ-92» markalı benzinə şamil olunmur. Yəni istər «Aİ-92» markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.
Bütün bunlar bir yana, «Aİ-95» premium markalı və «Aİ-98» super markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə bu markalarda yanacağa olan tələbatın «Aİ-92» markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir.
Üstəlik, bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan, onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir. Yeni qiymətlər yalnız lüks avtomobil sürücülərinə təsir edəcək.
Qeyd etdiyimiz kimi, respublikamıza xaricdən gətirilən və müəyyən mənada xarici bazarlardakı qiymətlərdən asılı olan «Aİ-95» premium markalı və «Aİ-98» super markalı benzinin qiyməti sərbəst təyin edilir. Eyni zamanda bu markadan olan benzinin qiyməti həm region, həm də dünyanın digər ölkələrində bahalaşıb.
Məsələn, Rusiyada «Aİ-95» markalı benzinin topdansatış qiyməti 1,7 faiz, «Aİ-92» markalı benzinin qiyməti isə 2,3 faiz artıb, Gürcüstanda isə oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.
Bütün bunlar onu göstərir ki, proses digər ölkələrdə də baş verir. Respublikamıza xaricdən idxal edilən «Aİ-95» premium markalı və «Aİ-98» super markalı benzinin qiymətindəki artım isə qonşu Rusiyadan və Gürcüstandan fərqli olaraq benzinin digər növlərinin qiymətinə təsir etməyəcək.