

“İndi nüvə danışıqlarını yekunlaşdırmaq lazımdır”
“Şimal axını 1” kəməri ümumi gücünün 20 faizinə düşüb
Hökumətin son bəyanatları Avro-Atlantik üzvlük hədəfindən “yayınmaq niyyəti” güdə bilər
Rusiya casuslarının yarısı Avropadan qovulub
Həmin dövlətlərin səfirlikləri işçi sayını azaltmalı olacaqlar
Brüssel Moskvaya cavab olaraq 15 faizlik qənaət təklif edir
Ukraynaya müdaxiləsi ilə bağlı Moskva üzərinə yeni sanksiyalar qəbul edilib
Robert Sekuta: “Azərbaycanın təbii qazı Avropanın enerji təhlükəsizliyinə vacibdir”
Avropa İttifaqı Rusiyanın qazı kəsməsı təhlükəsi fonunda bəyanat yaydı
Avropa İttifaqı Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib
Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının toplantısı iclası olub
Avropa Rusiyadan qazın çatdırılmasının bərpa olunmayacağına hazırlaşır
Moskva Bakıya əngəl ola bilməyəcək
İqlim dəyişikliyi isti dalğalarının daha intensiv olmasına səbəb olur
“Sözümüz imzamız qədər keçərlidir” deyimi ölkəyə qazandırılan obrazın cizgiləridir
Avropa İttifaqı ilə imzalanan sənəd Bakı üçün qoruyucu rolunu oynayır
Avropa İttifaqı (Aİ) ölkələri bugünlərdə Lüksemburq görüşündə iqlimin müdafiəsi ilə bağlı yeni tədbirlər planı qəbul ediblər. Plana görə, 2030-ci ildən başlayaraq Avropada daxili yanma mühərrikli yeni avtomobillər satılmayacaq. Həmçinin, istixana qazı tullantılarına münasibətdə siyasətin sərtləşdirilməsi ilə enerji qiymətlərinin artması ilə əlaqədar əhalinin aztəminatlı hissəsi və kiçik biznesə kömək üçün ayrıca fond yaradılacaq.
Aİ-nin 27 ölkəsinin ekologiya və ətraf mühit nazirlərinin qatıldığı görüşdə qurumun karbon bazarının islahatına yönəlmiş direktiv layihələr təqdim olunub. 2035-ci ildən sonra avtomobil daxili yanma mühərriklərinin qadağan olunması, iqlim yardım fondunun yaradılması ilə yanaşı, karbon-oksid tullantılarına məhdudiyyətlər aviasiya və gəmiçilik sahələrində də tətbiq ediləcək.
Nazirlər razılaşıblar ki, Aİ kollektiv surətdə atmosferdən 310 milyon ton ekvivalentində CO2 çıxarmalıdır, o cümlədən meşələrin artırılması vasitəsilə.
Habelə, "Tullantı vergisi" həm nəqliyyat, həm də isitmə üçün yanacağın qiymətinə daxil ediləcək. Kasıb əhali və kiçik müəssisələrə qiymət artımını kompensasiya etmək üçün 59 milyard avro büdcəsi olan Sosial İqlim Fondu təsis olunur. Görüş iştirakçıları ekoloji monitorinq və müəssisələrin ekoloji məsuliyyəti tədbirləri, həmçinin sənaye üçün istixana qazı tullantıları üzrə kvotaları razılaşdırıblar.
2030-cu ilədək Aİ atmosferə karbon qazı buraxılmasını 55 faiz azaltmağı, 2050-ci ilədək isə Avropanı tam karbon-neytral zonaya çevirməyi planlaşdırır.
Aİ-nin iqlim siyasəti üzrə vitse-prezidenti Frans Timmermans deyib ki, iqlim böhranı və onun nəticələri aşkardır, odur ki Avropanın ekologiya məsələlərinə yanaşmasında dəyişiklikdə ləngimək olmaz.
Lüksemburq görüşündə təklif olunan tədbirləri iyulun 14-də Avropa Parlamenti təsdiqləməlidir.