Torpaq ucuzlaşıb
Amma alıcı yenə yoxdur
Bölgələrdə torpağın qiymətində xeyli enmə müşahidə olunur. Qiymətlər 20-30 faiz aşağı düşüb. Lakin buna baxmayaraq alıcı qıtlığı yaşanır. Bölgələrdə torpaq xeyli ucuzlaşıb.
VAXT.AZ xezerxeber.az-a istinadən bildirir ki, Gəncədə torpaq sahələrinin qiymətində nəzərə çarpacaq qədər azalma müşahidə olunur. Ucuzlaşma şəhərin müxtəlif zonaları üçün fərqli dərcədədir. Ümumilikdə isə qiymət azalması 15-25 faiz arasında dəyişir.
Rieltorların sözlərinə görə, torpağın bu cür ucuzlaşmasına baxmayaraq satış zəifdir.
Lənkəranda da son bir ildə torpağın qiymətində enmə müşahidə olunur. Ucuzlaşma torpaq sahələrinin yerləşdiyi ərazilərə görə dəyişir. Ümumilikdə isə torpaq sahələri 20-30 faiz ucuzlaşıb.
Burada da alıcı yox dərəcəsindədir. Torpaq sahəsi almaq istəyənlər isə əsasən şəhərətrafı ərazilərə və rayona yaxın kəndlərə üz tuturlar.
Kəndlərdə torpağın sotu 500-1000 manata, rayon mərkəzinə yaxın məntəqələrdə 1000 - 2000, şəhərətrafı və şəhərin mərkəzində isə 3000 - 5000 min manat arasında dəyişir.