23:12 | 26 oktyabr 2013 | Şənbə
Məqaləyə 1846 dəfə baxılıb
Şriftin ölçüsü
Aİ ilə Azərbaycan yeni əməkdaşlıq planı hazırlayır
İttifaq ölkəmizdə enerjinin səmərəliliyinə dair tövsiyələr təklif edəcək
Avropa İttifaqının İNOGATE proqramının “Şərqi Avropanın və Mərkəzi Asiyanın inşaat sektorunda enerjiyə qənaət üzrə təşəbbüs” (ESİB) layihəsi Azərbaycana tövsiyələr vermək niyyətindədir.
«İnogate Esib» nəşrinin verdiyi məlumata görə, noyabrın 4-5-də layihənin Kiyevdəki mənzil-qərargahında bütün benifisiarların iştirakı ilə konfrans keçiriləcək. Konfransda layihə “İNOGATE ESIB-in tərəfdaşları olan ölkələrin binalarında enerjiyə qənaət sahəsində qanunverici bazanın təhlili” adlı hesabatının yekun variantını təqdim edəcək və Azərbaycana “Enerjinin effektivliyinin artırılması və enerjidən səmərəli istifadə olunması” çərçivə qanunu layihəsi üzrə şərhlər təqdim olunacaq.
Enerjinin səmərəliliyi haqqında qanun layihəsi Avropa İttifaqının “Azərbaycanın energetika sektorunda islahatlara dəstək” proqramı çərçivəsində hazırlanıb və nəzərdən keçirilməsi üçün hökumətə təqdim olunub.
«İNOGATE ESIB»-in rəhbəri Roberto Vayna daha əvvəl bildirib ki, Azərbaycanda işlənib hazırlanmış qanun layihəsinin həyata keçirilməsi üçün azı 20 normativ akt qəbul olunmalıdır, hərçənd perspektivdə onların sayı xeyli çox ola bilər. R.Vayna və Azərbaycan Sənaye və Energetika Nazirliyinin investisiyalar və sənaye müəssisələrinin yenidən qurulması şöbəsinin rəisi Ramiz Rzayev niyyət memorandumunu 2012-ci il noyabrın 2-də imzalayıblar.
«İNOGATE ESIB» həmin sənədə müvafiq olaraq işgüzar görüşlər, seminarlar və konfranslar keçirəcək, pilot layihəyə texniki dəstək göstərəcək, texniki mütəxəssislər və digər mütəxəssislər üçün tədris turları təşkil edəcək, binaların enerji səmərəliliyi sahəsində qanunvericiliyi və Aİ-nin EPBD2 nömrəli direktivinin icrası perspektivini təhlil edəcək, Azərbaycanda bu sahə ilə bağlı ictimai kampaniya keçirəcək.
Layihə icrası 2013-cü ilin sonunda başa çatacaq.