vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QARABAĞ  
22:02 | 6 fevral 2017 | Bazar ertəsi Məqaləyə 1355 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan təşviş içində

Nazarbayev Qarabağ üçün hərəkətə keçdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rol oynaya bilər. Ötən həftə Nursultan Nazarbayevin münaqişənin həlli ilə bağlı yeni təşəbbüslər hazırlayacağı haqda informasiya yayıldı.

Nazarbayevin belə bir təşəbbüsü Astanada keçirilən Suriya görüşündən sonra gündəmə gəlməsi təsadüfi deyil.

Ehtimal etmək olar ki, ATƏT-in Minsk qrupundan kənarda, Türkiyə, Rusiya, eləcə də İranın iştirakı ilə Astanada Qarabağ görüşü keçirilsin.

Erməni siyasi şərhçi Pavel Dallakyanın dedikləri də bu kontekstdə diqqət çəkir.

Dallakyan hesab edir ki, Astanada Suriya danışıqları Dağlıq Qarabağ üçün yeni presedent yaratdı: «Mümkündür ki, ATƏT-in Minsk Qrupu arxa plana keçirilsin və Rusiyanın vasitəçiliyi ilə Qarabağ üçün Astana görüşü təşkil edilsin».

Bu situasiya Ermənistanda ciddi təşviş yaradıb. Xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqında Ermənistanla birlikdə təmsil olunan Qazaxıstanın bu mövqeyi erməniləri hiddətləndirir.

Ermənistan parlamentinin deputatı Tevan Poqosyan «Nazarbayev bunun üçün İrəvandan icazə almalıdır» kimi isterik açıqlama verib.

«Bu gün Nazarbayevin Azərbaycanla bağlı mövqeyi və Bakıya dəstəyi açıq şəkildə görünür.

Buna görə də onun Qarabağ məsələsində vasitəçi olmaq istəyinin Ermənistanda qəbul edilməyəcəyi məlumdur», - deyə o bildirib.

Qeyd edək ki, N.Nazarbayev KTMT-də və Avrasiya İqtisadi İttifaqında Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəfələrlə müdafiə edib.